Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi “Bizim Qəhrəman Şəhid” layihəsinin yekunlarının qiymətlənirilməsinə həsr olunmuş dəyirmi masa keçrildi » Hərbiand

Son Dəqiqə:

Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi “Bizim Qəhrəman Şəhid” layihəsinin yekunlarının qiymətlənirilməsinə həsr olunmuş dəyirmi masa keçrildi

Bu gün, dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Bizim Qəhrəman Şəhid” layihəsinin yekunlarının qiymətlənirilməsinə həsr olunmuş dəyirmi masa keçrildi.
Layihə rəhbəri Səidə Hüseyinova iştirakçıları salamladıqdan sonra layihə haqqında məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Media və Təhsil İnnovasiyaları Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Bizim Qəhrəman Şəhid!” layihəsi çərçivəsində Qəbələ, Kürdəmir, Saatlı və Neftçala rayonlarında aprel döyüşlərində qəhrəmancasına şəhid olan hərbiçilərimizin təhsil aldıqları orta məktəblərdə şagirdlər arasında şəhidlərin xatirəsinə həsr olunmuş “Bizim Qəhrəman Şəhid!” mövzusunda yazı müsabiqəsi və anım tədbirləri keçrilmiş və hər bir məktəbdən 6 nəfər müsabiqə iştirakçısı olan şagirdlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Səidə Hüseynova müsabiqənin şərtləri və qaliblərinin hansı meyyarlarla müəyyən olunduğunu və ümumilikdə layihənin nəticələrini qiymətləndirmək üçün sözü layihə eksperlərinə verdi.
Ekspert İlham İsmayıl qaliblərin müəyyənləşdirilməsində daha çox şagirdlərin yaradıcı yanaşmasına xüsusi diqqət yetirildiyini vurğuladı. Digər ekspert Taleh Əliyev isə müsabiqə iştirakçılarına yaş məhdudiyyətinin tətbiq edilməməsinin əasa səbəbi kimi bu maarifləndirici aksiyada bütün şagirdlərin iştirak edə bilməsinə şəraitin yaradılması olduğunu qeyd etdi.
Tədbir iştirakçıları mövzunun aktuallığına diqqət çəkərək belə bir layihəyə maliyyə dəstəyi verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasın təşəkkür etdilər. 

 

Şərh Yaz