Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Neftçalada sonuncu tədbirini keçirdi » Hərbiand

Son Dəqiqə:

Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Neftçalada sonuncu tədbirini keçirdi

Bu gün, noyabrın 30-da Neftçala şəhəri 1 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Bizim Qəhrəman Şəhid” layihəsi çərçivəsində 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı mayor Samid İmanovun həsr olunmuş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması və anım tədbiri keçrilmişdir.
Tədbirdə Neftçala şəhəri 1 saylı tam orta məktəbin müəllimləri, müsabiqədə yer tutan şagirdlər və onların valideyinləri və şəhid Samid İmanovun atası Gülağa İmanov iştirak etmişdir.
Tədbiri Neftçala şəhəri 1 saylı tam orta məktəbin direktoru Ülviyyə Abdullayeva açaraq bildirdi ki, bu gün Neftçala şəhəri 1 saylı tam orta məktəbin şagirdləri arasında şəhid olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı mayor Samid İmanova həsr olunmuş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılacaq və Azərbaycan Respublikasının Milli Qəhrəmanı mayor Samid İmanovun əziz xatirəsi bir daha anılacaq. Daha sonra Ülviyyə Abdullayeva sözü Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin sədri Səidə Bahadur qızına verdi. Səidə Bahadur qızı tədbir iştirakçılarına “Bizim Qəhrəman Şəhid” layihəsi haqqında geniş məlumat verdikdən sonra sözü layihənin ekspertləri İlham İsmayıla və Taleh Əliyevə verdi. İlham İsmayıl aprel döyüşlərinin taixi və siyasi əhəmiyyətiondən danışaraq bildirdi ki, aprel şəhidlərinin qərəmanlığı haqqında bu kimi tədbirlərin keçrilməsi gənc nəslin milli vətənpərvərlik ruhunda böyüməsi baxımından çox əhəmiyyətlidir və gələcəkdə də davamlı olmalıdır. Daha sonra çıxış edən digər ekspert Taleh Əliyevdə çıxışı zamanı bildirdi ki, oda həmkarı ilə eyni fikirdədir. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, ölkədə vətənprvərlik ideyalarını geniş təbliğ etmək lazımdır. Heç şübhəsiz ki, bu işi görən zamanda ilk örnəyimiz şəhidlər olmalıdır. Xalqımızın xoşbəxt və firavan yaşamaları, dövlətimizin müstəqilliyi, vətənimizin düşmən tapdağı altında qalmaması üçün onlar öz həyatlarını fəda etməklə əsil qəhrəmanlıq nümunəsin ortaya qoydular.
Tədbirin sonunda müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi oldu. 1-ci yerə Neftçala şəhəri 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Aysun Abbaslı, 2-ci yerlərə Neftçala şəhəri 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdləri Nuray Rəhimova və Salatın Həsənli və 3-cü yerlərə isə Neftçala şəhəri 1 saylı tam orta məktəbin 9-cu sinif gagirdi Nərmin Həsənli, 7-ci sinif şagirdi Leyla Qəmbərova və 4-cü sinif şagirdi Fatimə Hüseynova layiq görüldü.

Şərh Yaz