Argentinalı futbolçu Maskerano karyerasını Çində davam etdirəcək » Hərbiand

Son Dəqiqə:

Argentinalı futbolçu Maskerano karyerasını Çində davam etdirəcək

İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Maskerano karyerasını Çinin “Xebey Çayna Forçun” klubunda davam etdirəcək.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, transferin rəsmi müqaviləsi yanvarın 26-da 10 milyon avro müqabilində imzalanacaq.

Qeyd edək ki, argentinalı futbolçu 2010-cu ildən Kataloniya klubunun şərəfini qoruyur. O, bu müddət ərzində 334 rəsmi oyuna çıxıb və “Barselona” ilə 18 mükafat qazanıb.

Şərh Yaz