“Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş igidlərimizin gənclər arasında təbliği” adlı layihəyə yekun vurulub » Hərbiand

Son Dəqiqə:

“Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş igidlərimizin gənclər arasında təbliği” adlı layihəyə yekun vurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin “Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş igidlərimizin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində Ağdam, Bərdə, Tərtər və Füzuli rayonlarında gənclərlə görüşlər keçirildi. Görüşlərdə yerli rayon İcra Hakimiyyətləri Aparatlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbələrinin rəisləri, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev iştirak etdi.

Görüşlər ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başladı.

Layihə haqqında məlumat verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü,  Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli layihə çərçivəsində keçirilən görüşün əsas məqsədinin Qarabağ döyüşlərində xüsusilə aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın anım mərasimlərini keçirmək, onların gənclər arasında daha yaxından tanıdılmasına töhfələr verməkdən ibarət olduğunu bildirib.

Digər çıxış edənlərdə Azərbaycanımızın bu döyüşlərdə nəinki öz gücünü göstərdiyini, həm də işğal vəziyyətlə heç vaxt barışmayacağımızı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu ordu islahatlarının nəticələrini aprel döyüşlərində aydın şəkildə görülməsi ifadə olunub.

Tədbirlər ümumilikdə 400 nəfəri əhat etdi. Layihə çərçivəsində hazırlanmış bukletlər sonda görüş iştirakçılarına paylanılıb.

 

Şərh Yaz