“Zeytun budağı” əməliyyatı ilə 557 terrorçu məhv edilib » Hərbiand

Son Dəqiqə:

“Zeytun budağı” əməliyyatı ilə 557 terrorçu məhv edilib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində bu gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 20 obyekt dağıdılıb. Herbiand.az xəbər verir ki, Türkiyə Baş Qərargahının məlumatınna görə, gün ərzində 73 terrorçu məhv edilib.

Məlumata görə, Bu gün əməliyyata 13 təyyarə cəlb edilib. Terrorçularla döyüş zamanı iki hərbçi yaralanıb.

 

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.  Əməliyyat başlayandan bu vaxtadək ümumilikdə  557 terrorçu məhv edilib.

Şərh Yaz