AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ HƏRBİ STRATEGİYASI » Hərbiand

Son Dəqiqə:

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ HƏRBİ STRATEGİYASI

Amerika Birləşmiş Ştatları (ABŞ) 50 ştatdan, bir federal ərazidən, müxtəlif mülklərdən ibarət federal respublikadır. 325 milyon nəfərdən artıq əhaliyə malik ABŞ ərazisinə görə dünyanın 3-cü və ya 4-cü ölkəsidir, həmçinin ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən böyük şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Alyaska ştatı Şimali Amerikanın şimal-qərbində, şərqdə Kanada və qərbdə Berinq boğazı boyunca Rusiya ilə həmsərhəddir. Havay ştatı orta Sakit okeanda arxipelaqdır. ABŞ əraziləri Sakit okean və Karib dənizi boyunca səpənlənib, doqquz rəsmi saat qurşağında uzanır. ABŞ-ın olduqca müxtəlif coğrafiyası, iqlim və heyvanat aləmi onu dünyanın 17 meqamüxtəlif ölkəsindən biri edir.

Amerika Birləşmiş Ştatlarının ordusu 1775-ci ildən, inqilabi müharibədə qitə ordusu yaradılan dövrdən mövcuddur. Ştatlar bütün dünya müharibələrində, Koreya müharibəsində, körfəz müharibəsində iştirak edib. İndi isə Amerika dünya terrorizminə qarşı müharibədə iştirak edir. Birləşmiş Ştatların aktiv hərbi qüvvəsi ehtiyat və milli qvardiya əskərlərindən ibarətdir. Amerikanın hərbi bazaları praktiki olaraq bütün dünyada yerləşir, orduda xidmət isə könüllüdür. ABŞ-ın hərbi büdcəsi 1940-cı ildə 5 dəfə artırılaraq 10,5 milyard dollar təşkil etdi. ABŞ-ın 47 ştatı neytralitetin ləğv edilməsinə tərəfdar çıxdı. Avropada “qəribə müharibə” başa çatdıqdan sonra Ruzvelt “Milli müdafiə proqramı”nı irəli sürdü. Bu proqrama əsasən, konqres hərbi xərcləri 17,7 mld. dollara, ordunun sayını isə 280 min nəfərdən 1 mln. 200 min nəfərə çatdırmaq barədə qərar qəbul etdi. 1940-cı ilin sentyabr ayında “dinc dövrdə” ilk dəfə olaraq seçmə hərbi mükəlləfiyyət haqqında qanun qəbul edildi. Müəyyən ixtisaslı şəxslər orduya çağırıldı. İqtisadiyyatı yenidən qurmaq məqsədi ilə 1941-ci il iyulun 30-da vitse-prezident H.Uelles başda olmaqla İqtisadi Müdafiə İdarəsi yaradıldı. İqtisadiyyatı yenidən qurmaq üçün 20 yeni idarə təşkil edildi. Müharibənin başlanması Amerikan iqtisadiyyatının inkişafına müsbət təsir göstərdi. 1940-cı ilin oktyabr ayında kapitalın amortizasiyası (kapitalın işlənməsi nəticəsində get-gedə onun qiymətinin azalması) haqqında qanun qəbul edildi. Bu qanuna görə, korporasiyaların ödədiyi vergilərin həcmi aşağı salındı. Ölkə iqtisadiyyatında iri şirkətlərin xüsusi çəkisi artdı. Lakin onu da qeyd etmək lazımdır ki, bu dövrdə ABŞ-dakı 184-min sənaye müəssisəsinin 150-yə qədəri ancaq hərbi sənaye ilə məşğul olurdu. Perl-Harbordakı hadisə ərəfəsində dünya silah istehsalında ABŞ-ın payı 12%-dən çox deyildi. İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanıb. ABŞ 1945-ci ilin avqustun 6-da atom bombasını Yaponiyanın Xirosima, avqustun 9-da isə Naqasaki şəhərinə atıb. Xirosimada 200 minə yaxın adam ölüb və itkin düşüb, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam həyatını itirib.

11 sentyabr 2001-ci il terror hücumlarından sonra ABŞ hərbi qüvvələri İraq və Əfqanıstanda müharibədə iştirak edib. ABŞ ordusu nəzəri baxımdan təlim görmüş qüvvədən ənənəvi döyüş və üsyançılar əleyhinə müharibə aparan bir qüvvəyə çevrilib. Birləşmiş Ştatların hərbi qüvvələri 2001-ci ildən terror təhlükələrinə qarşı durmadan mübarizə aparırır. Bu o deməkdir ki, Amerika əskərləri uzun müddətli döyüşə hazır olmalıdır. ABŞ hərbi qüvvələri daha sürətli və effektiv texnika ilə təchiz olunub. Yeni maşınlar, daha sürətli və yüksək texnologiyalar əsasında hazırlanmış yeni avadanlıq yeni taktiki imkanlar açdı. Amma irəliləmək üçün daim mübarizə aparmaq lazımdır. 17 il bundan əvvəlki hücumlardan sonra ABŞ-ın terrorizmə qarşı başladığı mübarizənin sonu yoxdur. Ordunun əsas məqsədi 11 sentyabr hadisələrindən sonrakı dövrdə mürəkkəb döyüşlərdə qələbə çala biləcək əskərlər hazırlamaqdır.

Amerika hərbi-dəniz donanmasının yaranması təklifi 1775 il oktyabrın 3-də irəli sürülüb. 1776-cı il yanvarın əvvəlində kontinental donanma əmələ gəlib. 1798-ci ildə üç qüvvətli freqat ilə suya enilib. Donanmanın ilk katibi Bencamin Stoddert, ilk başçısı isə Con Barri olub. 18-19-cu əsrlər görkəmli Amerikan donanmaçıları arasında Stefen Dekatur və Aleksander Koçreynin xüsusi yeri var. 1856-cı ildən sonra bütün Amerika hərbi gəmiləri Dalqren topları ilə təchiz edilib. Vətəndaş müharibəsi ərəfəsində (1860) ABŞ-ın şimali ştatlarında 90 gəmi var idi. Bu dövrdə cənubi ştatların dəniz blokadası başlanıb.

1897-ci ildən sonra “İndiana”, “Massaçusets” və “Oreqon” xətti gəmiləri, 7 kreyser, 4 monitor, bir təcrübə sualtı qayığı və 6 kanoner qayığı, 1908 il mayın 13-də HDQ-nin tibb bacıları xidməti yarandı. 1914 ildə Amerika donanmasının tərkibində 33 xətti gəmi, 50 eskadra minadaşıyıcısı, 12 zirehli və 17 zirehligöyərtə kreyser, 1 eskadra minadaşıyıcıları üzən bazası, 3 kəşfiyyat kreyseri, 38 sualtı qayıq və 2 üzən sualtı qayıq bazası, bir üzən hospital və gəmitəmir emalatxanası olub. Birinci dünya müharibəsi dövründə ABŞ-da qayıq əleyhinə gəmi layihəsi hazırlanıb və göyərtə aviasiyası əmələ gəlib. Yaponiyanın Pyorl-Harbora hücumu nəticəsində 6 xətti gəmi, 2 eskadra minadaşıyıcısı, 1 mina hasarlayan və 2008 dənizçi məhv edilib. Faciədən sonra ABŞ-da hərbi-dəniz inşaat batalyonu (dəniz arıları) yaranıb. İkinci dünya müharibəsi vaxtında bu batalyon ilk növbədə Sakit okeanda fəaliyyət göstərib. Həmin dövrdə HDQ-ya xidmət üzrə qadın könüllü təşkilatı (WAVE), 1947-ci ildə ABŞ-da Aralıq dənizi hərbi-dəniz qüvvələri, 1954-cü ildə isə ilk Amerika superaviadaşıyıcısı (“Forrestal”) əmələ gəldi.

Amerika Birləşmiş Ştatları Hava Qüvvələri (USAF) və hava döyüş xidməti Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrin filialı və yeddi Amerika uniformalı xidmətlərindən biridir. USAF 1947 Milli Təhlükəsizlik Aktı altında 18 sentyabr 1947-ci ildə yaradılıb. Bu dünyanın ən inkişaf etmiş hava qüvvələrinin biridir. Hazırda ABŞ-da hipersəsli silah üzərində daha çox iş gedir. Həmçinin hipersəsli aviasiya və dəniz qanadlı raketlər, kəşfiyyat təyyarəsi də bu siyahıda yer alıb. Bu gün Boingin hazırladığı “X-51A Waverider” raketi ən müvəffəqiyyətli layihədir. Bu layihəyə inam çox güclüdür. Lakin bir ehtimal da var ki, layihə bizi bir müddət gözlədə bilər, çünki hazırda bu uğurlu raketin iki sınağı keçirilib. 2011-ci ildə sınaqların gedişatı zamanı raket Yer kürəsinin səthində öz hərəkətinə V-52N-in ağır bombardmançısından başlayıb, düz axan mühərrikin köməyi ilə təxminən sürətini 1100 km/saat artırıb. Baxmayaraq ki, uçuş tapşırığı tamamilə yerinə yetirilməmişdi, raket havada cəmi üç dəqiqə qalmışdı və proqnozlaşdırılan sürətə çata bilməmişdi. Amma bütün bunlara baxmayaraq, ən uğurlu uçuş hesab edilib.

Amerika Sovet Rusiyasından fərqli olaraq, uçuşun müddəti ilə rekord səviyyəyə çatıb. Sovet Rusiyasına aid laboratoriyada bu rekord 77 saniyə çəkmişdi. Həm də bu göstəricilərə ilk dəfə adi karbohidrogen yanacağında nail olunmuşdu. Bundan öncə sovet raketlərində partlayış təhlükəsi olan hidrogendən istifadə olunurdu. 2013-cü ildə Amerika raketi öz nailiyyətlərini praktik olaraq təkrarlayıb və altı dəqiqə ərzində 426 kilometr uçub (təxminən 5 min km/saat). NASA tərəfindən hazırlanmış X-43A adlı raket ciddi nəticələr göstərib və lazım olan rekordu qazanıb. Ümumiyyətlə, ən perspektivli hipersəsli qurğular ABŞ-da təcrübədən keçirilir, lazımi sürəti də yığır. Lakin hətta ABŞ-da belə texniki problemlər hələ də qalmaqdadır. Amerika ordusunun 1,4 milyonluq şəxsi heyəti bütövlükdə peşəkar hərbçilərdən ibarətdir. Amerika ordusunda 1.963 “Abrams” markalı tank mövcuddur. Bundan başqa, 2.400 M1A1 və 2.385 M1 tankı da istənilən an ordunun köməyinə gələ bilər. ABŞ 2.000 reaktiv artilleriya qurğusuna malikdir. Rusiya üçün bu rəqəm 6.800 təşkil edir. Dünyada ən çox hərbi aviasiyaya malik Amerika ordusunda 144 strateji bombardmançı (66 ədəd B-1, 20 ədəd B-2, 58 ədəd B-52) və 1.629 qırıcı (471 ədəd F-15, 968 ədəd F-16, 179 ədəd F-22, 11 ədəd F-35) var. Xüsusilə vurğulamaq lazımdır ki, Amerika dünyada yeganə ölkədir ki, 5-ci nəsil qırıcı təyyarəyə malikdir.

Toğrul ƏLİYEV

Şərh Yaz