Fevralın ilk günü bəzi bölgələrdə qar yağacaq » Hərbiand

Son Dəqiqə:

Fevralın ilk günü bəzi bölgələrdə qar yağacaq

Ölkə ərazisində fevralın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3°, gündüz 5-7° isti, Bakıda gecə 0-2°, gündüz 5-7° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək – 764 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3° dərəcə şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 3-7°, gündüz 0-3° şaxta olacağı gözlənilir.

Şərh Yaz