Türk ordusunun hücumu: 712 terrorçu məhv edildi » Hərbiand

Son Dəqiqə:

Türk ordusunun hücumu: 712 terrorçu məhv edildi

Türkiyənin Afrində həyata keçirdiyi əməliyyat 12-ci günündə də uğurla davam etdirilib.

Bu barədə Türkiyə Silahlı Qüvvələrindən informasiya yayılıb.

Ötən axşam terrorçu mövqelərinə endirilən aviazərbələr nəticəsində 22 hədəf məhv edilib, bölgədən əldə olunan məlumata görə, gedən şiddətli döyüşlərdə ən azı 63 terrorçu zərərsizləşdirilib. Beləliklə, əməliyyat başlayandan məhv edilən terrorçu sayının 712-ə çatdığı bildirilib.

Qeyd edək ki, Türkiyə Afrin əməliyyatında indiyə qədər heç bir mülki itkiyə səbəb olmadan irəliləyib.

Şərh Yaz