“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi cəbhə bölgəsində növbəti təlimini keçirib » Hərbiand

Son Dəqiqə:

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi cəbhə bölgəsində növbəti təlimini keçirib

Füzuli rayonunun Horadiz qəsəbəsində “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclə Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanın işğal altında olan ərazilərində tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği” mövzusunda növbəti təlimini keçirdi.

                 Təlimdə Füzuli Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinın müdiri Qənimət Əliyev, Füzuli Rayon Gənclər və İdman İdarəsinin rəisi Eldəniz Səfərəliyev, Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin derektoru Elçin Əsədov 30 nəfərdən artiq gənc iştirak etmişdir.

                 Tədbiri giriş sözü ilə Füzuli Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinın müdiri Qənimət Əliyev açaraq bildirdi ki, gənclərin iştirakı ilə bu çür tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyəti var. Bütün dövrlərdə cəmiyyəti gələcəyə, on illiklərə, yüz illiklərə aparan siz gənclərsiniz. Keçmişimizi nə qədər dərindən öyrənsək, nə qədər geniş, əhatəli şəkildə mənimsəsək bu gün daha hünərli, daha  ürəkli, daha alnıaçıq yaşayarıq. Sabah üçün daha güclü silahlanmış olarıq. Ən güclü silahlanma isə bizim hər birimizin elmli, bilikli və hərtərəfli hazırıqlı olmağımızdır.

Füzuli rayonu ən qədim insan məskəni olan rayonlardan biridir. Füzuli rayonunun çox hissəsi mənfur düşmənlərimiz- ermənilər tərəfindən işğal edilmişdir. Rayonumuzda saysız-hesabsız müxtəlif dövrləri əhatə edən tarix və mədəniyyət abidələri vardır. Ürək ağrısı ilə qeyd edirik ki, bu abidələrin böyük əksəriyyəti b u gün işğal altındadır. Bizdə olan məlumatlara görə onların çoxu ermənilər tərəfindən dağıdılmışdır. Biz tarixi abidələrimizə sahib çıxmalıyıq və onların mühafizə edilməsi istiqamətində Beynəlxalq qurumlar qarşısında məsələ qaldırmalıyıq. Ermənilərin tarixi abidələrimizə qarşı etdikləri vandalizm hərəkətlərini bütün dünyaya çatdırmalıyıq.

  Füzuli rayonunun Horadiz qəsəbəsin təmas xəttinin bir neçə yüz kilometrliyindədir. Güclü ordumuzun sayəsində burda həyat öz axarı ilə davam edir. Bu gün hər bir füzulili inanır ki,  necə ki, Lalətəpənin və  Talış yüksəkliklərinin düşməndən azad etdik, eləcə də Ali Baş Komandanın əmri ilə doğma  Qarabağımızı da düşməndən azad edəcəyik.

                  Çıxış edən natiqlərdə ermənilərin tarix və mədəniyyət abidələrimizə qarşı törətdikləri vandalizm hərəkətlərini pisləməklə yanaşı qeyd etdilər ki, bu gün Azərbaycanın güclü ordusu var. Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qədim yurd yerlərini düşmənlərdən azad edəcəyik və tarixi abidələrimizə sahib çıxacağıq.

Sonda söz təlimçiyə verildi. Təlimçi də mövzu ətrafında gənclərə ətraflı məlumat verdi.

Şərh Yaz