Çində 50-dən çox avtomobil toqquşub, ölənlər var » Hərbiand

Son Dəqiqə:

Çində 50-dən çox avtomobil toqquşub, ölənlər var

Fevralın 5-də səhər saatlarında Çinin Yunnan əyalətində Kunmin – Çuçjou sürət trasında 53 avtomobilin iştirakı ilə baş verən kütləvi yol-nəqliyyat hadisəsi nəticəsində azı 4 nəfər həlak olub.

Sişan vilayəti administrasiyasının rəsmi “Weibo” səhifəsində yaydığı məlumata əsasən, hadisəyə mürəkkəb hava şəraiti – güclü qar və şaxta səbəb olub.

Kütləvi avtomobil qəzası nəticəsində, həmçinin müxtəlif dərəcəli xəsarətlər alan 3 nəfərin də xəstəxanaya aparıldığı bildirilir.

Hazırda hadisə yerində qəza xidmətləri, yol polisinin əməkdaşları və həkimlər fəaliyyət göstərir. Eyni zamanda, qəzanın səbəblərinin araşdırılması, sənədləşdirilməsi və nəticələrinin aradan qaldırılması üzrə işlərin qurtarmasını gözləməyə məcbur olan sürücü və sərnişinlərə su və qida məhsulları paylanıb.

Şərh Yaz