Müdafiə Nazirliyi: Ermənistan ordusunun bir hərbi qulluqçusu məhv edilib, iki hərbçisi ağır yaralanıb » Hərbiand

Son Dəqiqə:

Müdafiə Nazirliyi: Ermənistan ordusunun bir hərbi qulluqçusu məhv edilib, iki hərbçisi ağır yaralanıb

Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə düşmən tərəfin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

Şərh Yaz