Əməkdar jurnalist Tahir Talıblı 70 yaşını qeyd edir » Hərbiand

Son Dəqiqə:

Əməkdar jurnalist Tahir Talıblı 70 yaşını qeyd edir

 

 

Tahir Talıblı 1948-ci il fevralın 22-də Ermənistan SSR-nin Cəlaloğlu rayonunun Evli kəndində anadan olub və elə orta məktəbini də doğulduğu kənddə bitirib. Təhsilini 1968–1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib.

 

1974-cü ildə ildə əmək fəaliyyətinə doğma kəndində dil-ədəbiyyat müəllimi kimi başlamış, 1975-1980-ci illərdə həmin orta məktəbin direktor müavini, 1980-1988-ci illərdə isə məktəbin direktoru vəzifəsində çalışmışdır.
1988-ci ildə erməni ekstremistlərinin təhdid və təzyiqi üzündən dədə-baba yurdunu tərk etməyə məcbur olan Tahir Talıblı həmin ildən Bakı şəhərində yaşayır.
1970-ci ildən poetik əsərlərini, dövri və publisistik yazılarını mətbuatda çap etdirib. İlk şeirləri “Azərbaycan gəncləri” qəzetində dərc olunub.
“Yeni fikir” qəzetinin əməkdaşı oalan T.Talıblı vaxt gəlib həmin qəzetin baş redaktoru işləyib. (1992-1993). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio verilişləri redaksiyasının Güney Azərbaycanı şöbəsində redaktor vəzifəsində çalışıb. (1993).
1993-cü ildən isə Azərbaycan radiosunda “Xalq yaradıcılığı” redaksiyası yaradılıb. Redaksiya iki şöbədən: “Xalq yaradıcılığı”, “Sənət və etnoqrafıya'” şöbələrindən ibarətdir.
Xalq yaradıcılığı redaksiyasında müxtəlif tədqiqat xarakterli verilişlər efirə çıxır. “Bulaq”, “Gündoğandan günabatana”, “Yazıya pozu yoxmuş”, “Xeyrə qənşər”, “Aşıq gördüyün çağırar” ,”Yerin-yurdun adın andım”, “İlmə”, “Şirvan nəfəsi”, “Divani saz-söz moclisi”, “Dastan saatı”, “Qərib axşamlar”, “Şirvan şikəstəsi”, “Tərəkəmə” folklor rəqs toplusu, “Yurd yeri”, “Soyumuz-soykökümüz”, “İrəvan Çuxuru” kimi verilişləri yarandığı gündən dinləyicilərin diqqət və marağını qazanıb.
1969-cü ilin noyabrında ilk dəfə efirə çıxan “Bulaq” verilişi istedadlı yazıçı Mövlud Süleymanlı tərəfindən yaradılıb, araya-ərsəyə gəlib. 32 illik bir ömrü yaşayan “Bulaq” verilişi 1993-cü ilə qədər “Ədəbiyyat” redaksiyasının tərkibində fəaliyyət göstərib. Artıq 25 ilə yaxındır ki, Tahir Talibli “Bulaq” verilişinin ssenari müəllifidir.
“Xalq yaradıcılığı” redaksiyasının verilişlərində xalq yaradıcılığının müxtəlif sahələri araşdırilir, etnoqrafiyamızla, soykökümüzlə, toponimlərimizlə, tarixi adlarımızla, qədimliyimizlə bağlı araşdırmalar səsləndirilir.

Azərbaycan radiosıınun “Xalq yaradıcılığı” redaksiyasının verilişlərində dünyaya səpələnən ayrı-ayrı türk xalqlarının, türk soylarının folklor nümunələrindən geniş söhbət açılır. Üzü Şumerdən bəri gələn Şu, Bilqamış, Dədə Qorqud, Koroğlu, Alpamış, Koblantı, Batır, Ural-Batır, Altun, Arıq, Manas kimi dastanlar ümumtürk varlığının dünya üstündəki varlığı kimi verilişlərin əsas mövzusudur. “Ustad nəfəsi”, “Divani saz-söz məclisi”, “Dastan saatı”, “İrəvan Çuxuru”, “Yurd Yeri” verilişlərində Azərbaycan aşıq sənəti yaradıcı şəkildə araşdırılır.
Tahir Talıblı “At igidin qardaşıdır”, “Aşıq Məhəmməd Sadaxlı”, “O quzeylər”, “Bağlı qapı” 6 hissəlik “Deportasiya” filmlərinin ssenari müəllifidir. Həmçinin, Azərbaycan Dövlət Televiziya və Radiosu “Xalq yaradıcılığı” redaksiyasının baş redaktoru, prezident təqaüdçüsüdür. Bu gün ömrünün 70-ci zirvəsinə yüksələn Tahir Talıblı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 10 noyabr 2011-ci il tarxində “Əməkdar jurnalist” adi ilə təltif olunub.

 

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz