Həqiqi hərbi xidmətə çağırış davam edir » Hərbiand

Son Dəqiqə:

Həqiqi hərbi xidmətə çağırış davam edir

“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2018-ci il tarixli 3756 nömrəli Sərəncamının icrası ilə əlaqədar respublikamızın şəhər və rayonlarında təntənəli surətdə çağırışçıların hərbi xidmətə yola salınması mərasimləri davam etməkdədir.

Həqiqi hərbi xidmətə yola salınması mərasimlərində mərkəzi və yerli icra hakimiyyət orqanları, ictimaiyyət nümayəndələrinin, Kütləvi İnformasiya Vasitələrinin və Qeyri-Hökumət Təşkilatları nümayəndələrinin iştirak etmələri gənc çağırışçılar arasında böyük ruh yüksəkliyi ilə qarşılanır.

Gəncləri yola salan ziyalılar, ictimaiyyət nümayəndləri vətəni qorumaq kimi müqəddəs bir borcun yerinə yetirilməsində onlara dəyanətli, əzmkar və komandirlərin əmrlərinə sözsüz tabe olmaqlarını tövsiyə edir, şərəflə hərbi xidməti bitirmələrini arzulayırlar.

Mərasimlərdə çıxış edən valideynlər, müharibə veteranları və ictimaiyyət nümayəndələri Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, Ordumuzun formalaşmasında və güclənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttini layiqincə davam etdirən Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrimizin Ali baş Komandanı cənab İlham Əliyevin həyata keçirdikləri işlərdən söz açırlar.

Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaqlarını söyləyirlər.

 

Şərh Yaz