Azərbaycan nümayəndə heyəti MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir » Hərbiand

Son Dəqiqə:

Azərbaycan nümayəndə heyəti MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir

Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi, general-mayor Ayaz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin aprelin 20-də Kazanda keçirilən növbəti iclasında iştirak edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparırlar.

Azərtac

Şərh Yaz