Ermənistan müxalifəti etiraz aksiyalarını bərpa edib » Hərbiand

Son Dəqiqə:

Ermənistan müxalifəti etiraz aksiyalarını bərpa edib

Yerevanda sabiq prezident Serj Sarkisyanın baş nazir postuna seçilməsinə qarşı etiraz aksiyaları bu gün səhər bərpa olunub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yürüşlər eyni zamanda bir neçə etirazçı qrupu tərəfindən həyata keçirilir. Onlardan biri Yerevan Dövlət Universitetinin qarşısından başlayıb. Bununla yanaşı, nümayişçilər əsas liderlərinin dəstəyindən məhrum olublar. Belə ki, aprelin 21-də Armen Qriqoryan və David Sanasaryan, aprelin 22-də isə deputatlar Nikola Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyan həbs edilib.

Xatırladaq ki, Serj Sarkisyanın Ermənistanın baş nazir postuna seçilməsi əleyhinə keçirilən etiraz aksiyaları aprelin 13-dən başlayıb. Müxalifət Sarkisyanı ölkəni qeyri-effektiv idarə etməkdə və iqtisadi vəziyyətin pisləşməsində ittiham edir. Aprelin 16-da polislə parlament binasına tərəf yürüş etməyə çalışan mitinq iştirakçıları arasında baş verən toqquşma nəticəsində onlarla insan xəsarət almışdı. Bundan sonra etirazçılar Ermənistanda “məxməri inqilabın” başlandığını elan etmişdilər.

Şərh Yaz