“PREZİDENTİN ÇIXIŞI HAMIMIZI RUHLANDIRDI” » Hərbiand

Son Dəqiqə:

“PREZİDENTİN ÇIXIŞI HAMIMIZI RUHLANDIRDI”

“Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Silahlı Qüvvələri daha da güclənib”.

Bu sözləri Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.

O bildirib ki, cənab İlham Əliyev andiçmə mərasimi zamanı çıxış edərkən Silahlı Qüvvələrin daha da möhkəmlənməsi, ordumuzun daha da güclənməsi məsələsini xüsusi vurğulayıb:

“Bilirsiniz ki, cənab İlham Əliyev hakimiyyətə gəldikdən sonra ordu quruluculuğuna xüsusi diqqət yetirib. Ordumuzun hərbi büdcəsi Ermənistanın bütövlükdə dövlət büdcəsindən artıqdır. Hərbçilərin mənzil şəraiti yaxşılaşıb. Bundan əlavə, milli qəhrəmanlara, Qarabağ əlillərinə, şəhid ailələrinə mənzillər verilib. Prezident təqaüdü təsis edilib. Hərbi qulluqçuların bir neçə dəfə əmək haqqıları artırılıb”.

Emin Həsənli prezident İlham Əliyevin hakimiyyəti dövründə yaranan strukturların önəmini vurğulayıb: “Müdafiə Sənayesi Nazirliyi yaradılıb ki, artıq öz silahlarımızı istehsal edirik, hətta bir neçə ölkəyə belə ixrac edirik. Fövqəladə Hallar Nazirliyi yaradılıb ki, ölkədə baş verən fövqəladə halların qarşısı alınsın. Hətta bu qurumla Azərbaycan xarici dövlətlərə də köməklik edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə yaradılıb. Artıq valideynlər də övladlarının əvvəlcədən harada xidmət keçəcəklərini bilirlər”.

İctimai Birliyin sədri onu da qeyd edib ki, ordu üçün müasir silahlar və texnologiyalar alınıb: “Hamının gözü qabağında “Aprel döyüşləri” zamanı Azərbaycan ordusunun uğurları bunu göstərdi. Sərhəd qoşunlarının, Daxili Qoşunların, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Silahlı Qüvvələrinin bütün qoşun növlərinin fəaliyyətini yüksək qiymətləndirirəm. Müasir kazarmaların tikilməsi, hər birində zabitlərin mənzillə təmin edilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqaməti, maddi texnikanın təchiz edilməsi, aşpazların qadın olması və s. işlər görülüb. Peşəkar orduya keçid dövründə böyük addımlar atılıb. Ümumilikdə, Azərbaycan Silahlı Qüvvələri bütün tapşırıqları yerinə yetirməyə qadirdir”.

Emin Həsənli bildirib ki, Prezidentin sonuncu çıxışı hamıda böyük ruh yüksəkliyi yaradıb: “Cənab prezident bir daha qeyd edib ki, ordumuz daha da güclənəcək, hərbi qulluqçuların vəziyyəti yaxşılaşdırılacaq. Bunlar hamısı sevindirici haldır. Ümid edirəm ki, orduda aparılan bu işlərin nəticəsi olaraq, yaxın zamanda torpaqlarımız düşmən işğaldan azad ediləcək”.

Lent.az

Şərh Yaz