Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin bölmələrində olublar » Hərbiand

Son Dəqiqə:

Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin bölmələrində olublar

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin bölmələrində olublar.
Ombudsman Aparatının nümayəndələri Fəzail Həsənov və Murad Babayev hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyətin suallarını cavablandırıblar.
Aparatın əməkdaşları əsgər yataqxanalarına, yeməkxanalara, tibb məntəqələrinə, məişət və digər inzibati otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyətini, asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər

.

 

Şərh Yaz