Hərbi birliyin ən yaxşı mühəndis-istehkam manqası adı uğrunda yarış keçirilib » Hərbiand

Son Dəqiqə:

Hərbi birliyin ən yaxşı mühəndis-istehkam manqası adı uğrunda yarış keçirilib

 

2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi birliklərindən birində “Ən yaxşı mühəndis-istehkam manqası” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi məqsədilə təşkil olunan yarış xüsusi təchiz edilmiş təlim poliqonunda keçirilib. Yarış zamanı şəxsi heyət mühəndis təminatı üzrə tapşırıqları icra edib.

Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb

.

Şərh Yaz