AZƏRBAYCAN-TÜRKİYƏ-RUSİYA HƏRBİYÖNÜMLÜ QHT-LƏRİNİN İLK GÖRÜŞÜ KEÇİRİLİB » Hərbiand

Son Dəqiqə:

AZƏRBAYCAN-TÜRKİYƏ-RUSİYA HƏRBİYÖNÜMLÜ QHT-LƏRİNİN İLK GÖRÜŞÜ KEÇİRİLİB

Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə qazilərdən, ehtiyatda olan zabitlərdən, hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyəti Türkiyənin paytaxtı Ankarada görüşlərini davam etdirir.

Türkiyənin paytaxtı Ankaraya səfər zamanı Azərbaycan-Türkiyə-Rusiya hərbiyönümlü QHT-lərinin ilk görüşü keçirilib. Bu görüş üçtərəfli əməkdaşlıqla bağlı bu ilin payız aylarında Bakıda keçiriləcək konfransa və birgə memorondumun imzalanması mərasiminə hazırlıq, detalların dəqiqləşdirilməsi məqsədi daşıyır. Qeyd edək ki, üçtərəfli əməkdaşlığın təşəbbüsü Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinə və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə məxsusdur.

Şərh Yaz