Tural Coşqun: “Qarabağa yürüş etsəydik mütləq qələbə çalacaqdıq, ancaq nə etmək olar ki, bəzi məqamlarda erməniləri əzməməkçün özümzü saxlamaq məcburiyyətimiz var” » Hərbiand

Son Dəqiqə:

Tural Coşqun: “Qarabağa yürüş etsəydik mütləq qələbə çalacaqdıq, ancaq nə etmək olar ki, bəzi məqamlarda erməniləri əzməməkçün özümzü saxlamaq məcburiyyətimiz var”

KİÇİK YAŞLARIMDAN VƏTƏNİ İKİNCİ ANA BİLMİŞƏM

Bəzən sadəcə cümlələr qurulmur adına, söz-söz, sətir-sətir anladılır Vətən. Bunu edənlər isə Vətəni canı qədər sevənlər olur.

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətim gənc yazar Tural Coşqunla olan müsahibəni ”Hərbi and” oxucularına təqdim edirik.

 

  • Əsas suallara keçməzdən öncə özünüzü yaxından təqdim edin.
  • Mən Şeydayev Tural Nabil oğlu 1990-cı il yanvar ayının 18-də keçmiş adı Dəvəçi olan Şabran rayonunda anadan olmuşam.
    1996-cı ildə Şabran rayon Roman Yusifov adına 2 saylı tam orta məktəb-liseyə daxil olmuş, 2007-ci ildə isə həmin liseyi bitirmişəm.
    2009-cu ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecininə qəbul olmuş, 2012-ci ildə həmin kolleci Mühasibat uçotu və Audit ixtisası üzrə bitirmişəm.
    2014-cü ildə yaradıcılıq fəaliyyətimi genişləndirmək məqsədi ilə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinə qəbul olmuşam və 2016-cı ildə həmin universiteti Ədəbi işçi ixtisası üzrə bitirmişəm.
    Yaradıcılıqla paralel olaraq 2013-cü ildən indiyə kimi Şabran rayon Mərkəzi Xəstəxanasında mühasib vəzifəsində çalışıram. Şeir yazmağa orta məktəbin sonuncu siniflərindən başlamışam.Şeirlərim bir sıra saytlarda və qəzetlərdə dərc olunur. Ədəbi təxəllüsüm isə Tural Coşqun-dur. Hal-hazırda Şabran rayonunda fəaliyyət göstərən Xəqani Poeziya evinin üzvüyəm. Subayam,27 yaşım var.

 

 

  • Uşaqlığınızı necə xatırlayırsız?

 

  • Çox aydın və yaxşı xatırlayıram. Dəcəl, şən və olduqca xəyalpərəst bir uşaq idim. Təsəvvür edin ki, velosiped sürərkən gözlərimi qapayırdım və özümü göydə uçurmuş kimi xəyal edirdim. Həmişə də gecə yatmazdan əvvəl gözlərimi qapayıb yuxum gələnə qədər çoxlu xəyallar qurardım.Nağıllara inanırdım, həm də çox. Babamın, nənəmin danışdığı nağıllarların xəyalı ilə,onlara inanaraq böyümüşəm mən.

Hər yay tətilində boş vaxtlarımı köhnədərsilindəkeçdiklərimitəkraredərəkvəmüəllimlərinverdiyitətiltapşırıqlarınıçalışardım. Həmçinin, bir də yeni keçdiyimiz sinifin kitablarını tapmaqla keçirdi qalan vaxtım.İndi uşaqların çoxu  yay tətilini, boş vaxtlarını, hətta bəzən elə bütün vaxtlarını  telefonlarla keçirirlər, biz isə o vax kitabları özümüz tapıb-toplayırdıq.Bizimuşaqlığımıztamambaşqamaraqlı keçərdi. Belə deyim də, bizim uşaqlığımızda hər şey təbii idi. Məsələn, biz vaxtımızı kitab oxumaqla, təbii oyunlar oynamaqla keçirərdik. İndiki uşaqlara isə üç-dörd aylığından telefon verirlər ki, ağlayanda sussunlar. Bir az böyüdükdən sonra isə bizim indi oynaya bildiyimiz bəzi oyunları kompyuterdə, telefonda onlar çox erkən oynamağa başlayır.Əslində isə, uşaqlara başa salınmalıdır ki, vatlarının çoxunu səmərəli keçirsinlər. Maraqlı kitablar tapıboxusunlar, müəyyən tarixi məkanlara ekskursiyalar etsinlər və s.kimi digər əyləncə növlərindən yararlansınlar. Məsələn, biz uşaq vaxtı boş vaxtlarımızı yoldaşlarımızla bir-birimizi keçdiyimiz dərslər barəsində sual cavab etməklə və ən çox da kitab oxumaqla keçirdərdik. Sadəcə uşaqlar yox, gənclər də muzeylərə və tarixi qoruqlara üz tutmaqla öz milli kimliyini çoxalda, eyni zamanda qoruyub saxlaya bilərlər.

 

  • Sizcə uşaqların təhsilə olan marağı necədir?

 

  • Deyərdim ki, qənaətbəxşdir və getdikcədədaha xoşumgəlir, çünki təhsil alma istəklərindəirəliləyiş var. Həm dəindikivaxtdaelm və təhsiləqayğı, diqqətgeniş büsad alıb. Əlbəttəki,müəllim heyətindən də narazı olmaq olmaz.Çünkielmə qiymət nə qədər güclü olarsa pedaqoqlar da, şagird və tələbələr də bir o qədər savadlı, potensiallı olar. Hətta əvvəlki dövrlərdən daha çox indi mariflənmə üsulları genişdir. Çünkü indi hansı elm haqqında məlumat desən “Google” də var.

 

  • Nağılla tərbiyə üsulu düzdür?

 

  • Məncə hə. Çünkü nağıllarda gec tez doğruluq qələbə çalır və əyrilik tənqid olunur. Bu da uşağın tərbiyəsində müsbət rol oynayır. Çünkü o hələ uşaq olarkən anlayır ki, hər zaman nağıllarda xeyir şərə qalib gəlir.Yaradıcılığımda da nağıl yoxdur, amma bu yaxınlarda uşaqlar üçün də nəsə yazmağı düşünürəm inşAllah. Lakin nağıla çox bənzəyən,”Qoca şairin nağılı adlı “bir hekayəm var.

 

  • Yeni nəsli qəhrəman obrazları ilə ruhlandırmaq mümkündür?

 

  • Əlbəttə ki mümkündür. Bizim çox igid qəhrəmanlarımız var indiki vaxtda da. Hətta onları hammı tanıyır. Məncə uşaqları , gəncləri onların obrazları ilə ruhlandırsaq çox yaxşı olar.

 

  • Lələtəpə fatehlərilə necə?

 

  • Onları da elə. Çünkü Lələtəpə hadisələri lap yenicə, yəni gənc nəslin gözünün önündə baş vermişdir. Və aprel döyüşləri zamanı nəinki gənclər, bütün əhalimiz yüksək qələbə həvəsilə çırpınırdı sanki. Hamı milli ordumuzun gücünə, potensialına onsuzda inanırdı, amma həmin vaxtlarda əhalidə daha da ruh yüksəkliyi ımələ gəlmişdi. İnandırım sizi ki, o məqamda Qarabağa yürüş etsəydik mütləq qələbə çalacaqdıq, ancaq nə etmək olar ki, bəzi məqamlarda erməniləri əzməməkçün özümzü saxlamaq məcburiyyətimiz var.

 

  • Uşaqlaraveriləncəzavə qadağalarnecə tətbiqolunmalıdır?

 

  • Mən uşaqlara cəza verilməsinin qəti əleyhinəyəm, oki, qaldı onun tətbiq edilməsinə… Çünkü mənimfikrimcə biruşağauşaqvaxtındancəzaverilsə o,uşaqböyüdükdənsonracəmiyyətə və özünə çoxziyanvurar. Lapxətaetsəbelə, yüngülcə əsəbləşməkolarki, xətasını anlayabilsin. Lakinmüəyyənqadağalarqoyulsavəbuqadağaları uşaqanlamasabelə, qadağanın nə üçün oluöunu ona anladan valideynlərin olmasıhəminuşağıngələcəkdəcəmiyyətəvəailə üçün, həm də özü üçünçoxyararlıbirvətəndaşolar.

 

  • İndiki gənclərdə hərbi vətənpərvərlik ruhu necə, yüksəkdir?

 

  • Bəli, yüksəkdir. Çünkü bizim torpaqlarımızın 20%-i işğal altındadır. Və cəbhədə olan bütün hadisələr ən azından hər gün müzakirə olunur. Bu müzakirələri isə gənclərin dilindən eşitdikdə onlarda hərbi vətənpərvərlik ruhunun necə yüksək səviyyədə olduğunu açıq aydın görmək olur.

 

  • Ölkədə kəndlə şəhər mədəniyyəti qarışıq haldadır. Bu isə gənclər arasında ayrıseçkiliyə yol aça biulir. Bu halı necə aradan qaldırmaq olar?

 

  • Məncə qarışıq halda deməkdənsə fərqli halda desək daha yaxşı çıxar. Bu halı aradan qaldırmaq üçün isə Avropa mədəniyyətini kəndlərdə yaşayanlara tez-tez nümayiş etdirmək olar. Mən belə düşünürəm.

 

  • Milli dəyərlər daha çox kənd yoxsa şəhər mühitində qorunur?

 

  • Məncə hər mühitin öz milli dəyəyərləri var. Və hər iki mühitdə qorunur. Çünkü indi hər iki mühitdə milli dəyərlərin tanınması və qorunub saxlanılması üçün müasir tələblər var.

 

  • Bu günki təhsil sistemindən razısız?

 

  • Bəli. Çox. Çünkü indiki vdövrdə təhsilə, müəllimə və şagirdə qayğı və diqqət çox yüksəkdir. Bu da təhsilin zaman keçdikcə irəliləməsindən xəbər ver. İrəliləyən təhsildən də kim razı olmaz ki.

 

  • Repetitor xidməti nəyə lazımdır?

 

  • Məncə şagirdin öz biliyini bir daha təkrarlamasına və yoxlamasına.

 

  • Elmlə intellektuallıq arasında nə kimi fərq var?

 

  • Elmlə intellektuallıq arasında fərq mənim zənnimcə odur ki intellektuallıq elmdən kənara çıxmaq deməkdir. Məsələn ziyalı bir şəxs öz fəaliyyət sahəsindən kənara çıxaraq hər hansı bir məsələ haqqında ictimai bir şəkildə çıxış edərsə o zaman elmlə intellektuallıq arasında fərq açıq aydın görünür.

 

  • Şair üçün vətən necə ifadə olunur?

 

  • Kiçik yaşlarımdan Vətəni ikinci ana bilmişəm. Bunu şeirlərimdə də duymaq olar.
  • Könlümə bir şeir düşdü, yaşandı,
    Yazmağa çağırdı o şeir məni.
    Unutmaq olarmı gözəl vətəni,
    Tərk etmək olamı ey vətən səni?.
    ===
    Bu vətənin hər qarışı əzizdir,
    Torpağına zəhər qatsan ləzizdir.
    Vətəndir dünyanın cənnətə təni,
    İkinci ana tək sevək vətəni.
    ===
    Dilim söz tutandan, ağlım kəsəndən,
    Mən ilham almışam doğma vətəndən.
    Vətənlə köklənib könlümün sazı,
    Könlümə ruh verib vətən havası.

 

  • Yaradıcılıqda gələcək planlarınız nədən ibarətdir?

 

  • Böyük, tarixi bir roman yazmaq və bir də özüm üçün şəxsi bir kitabxana açaraq yaradıcılıq ömrümün son illərini orada keçirmək ən böyük planlarımdandır.Çünki rahat bir ortamda yazıb-yaratmağı həmişə istəmişəm.

 

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz