DÜNYA TƏCRÜBƏSİNDƏ ƏLİLLİYİ OLAN İNSANLARIN SOSİALLAŞMA VƏ ÜNSİYYƏT İMKANLARI – ARAŞDIRMA » Hərbiand

Son Dəqiqə:

DÜNYA TƏCRÜBƏSİNDƏ ƏLİLLİYİ OLAN İNSANLARIN SOSİALLAŞMA VƏ ÜNSİYYƏT İMKANLARI – ARAŞDIRMA

Bütün dünyada əlillərin sosial problemləri ilə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, daha sonra isə digər dövlət qurumları və özəl təşkilatlar, əsasən də QHT-lər məşğul olur. Məqsəd isə problemin həlli yollarını tapmaq və əlil insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir. Əlilliyi olan insanların yaşayış imkanları ilə bağlı müəyyən göstəricilərin yaradılmasına təşəbbüs isə dünya təcrübəsində praktikadan uğurla keçib. Hazırlanan proqramlara əsasən, ilk olaraq məşğulluq imkanı olmayan və ya  fiziki məhdudiyyətli insanlar haqda ətraflı məlumatlar toplanır və aidiyyatı olan orqanlara təhvil verilir. Həmin informasiya əsasında isə əlillərə sosial sığorta və s. kimi dəstək layihələri işlənib hazırlanır. İcra prosesləri isə daimi nəzarətdə saxlanılır. Bu tip dövlət və xüsusi təşkilatların layihələrində dəyişilməz prioritetlərdən biri də budur ki, fiziki məhdudiyyətli insanlar haqqında aidiyyatlı orqanlar tam məlumatlı olmalıdır.

Buna misal olaraq 2016-cı ildə Rusiyada hazırlanıb həyata keçirilən “Əlverişli mühit” dövlət proqramını göstərə bilərik. Bu layihəyə əsasən, əlilliyi olan vətəndaşlar üçün məşğulluq mərkəzləri 100% əlçatan idi. Həmin dövlət proqramı çərçivəsində 2020-ci ilədək Rusiyada əmək qabiliyyətli əlillər sayında işləyənlərin payı 40% -ə çatmalıdır. Məsələn, Kurqan regionunda, eləcə də ölkə daxilində əmək bacarığı olan əlil işçilərin orta sayı 100-dürsə, onlardan 4% dərəcəsi arasında işlə təmin olunmalıdır.

Əlil insanların problemlərinin həlli “nöqtə” tədbirləri deyil, hərtərəflilik tələb edir. Həmçinin Bürokratiyanın və formalizmin qarşısını almaq üçün əlilliyi olan insanların sosiallaşmasına yönəlmiş dövlət proqramlarının həyata keçirilməsini izləmək lazımdır.

Dmitri Medvedev (2011)

Rusiya Federasiyasının Trans-Urals Pensiya Fonduna görə, 2016-cı ilin göstəricilərində iş bacarığı və əmək fəaliyyətinə yaş uyğunluğu olanların sayı 11,1 min nəfər idisə, bunlardan təxminən 3,5 min nəfər işlə təmin edilmişdi. İşsizlərin ümumi sayından əlil olanlar – 8% idi və 2016-cı ilin ilk yeddi ayı üzrə əməliyyat məlumatlarına əsasən, 707 əlil vətəndaş müvafiq iş tapmaq üçün Kurqan rayonunda məşğulluq xidmətinə müraciət etmişdi. Tətbiq olunan ümumi sayın 0,8% -i (4 nəfər) – I qrup əlilliyi olanlar; 23,8% (161 nəfər) – II qrup əlillik; 75.4 (542 nəfər) – Əlilliyin III qrupu əlillər idi.

Həmin ildə işsiz kimi qeydiyyatdan keçmiş 596 nəfərdən 84,3%  əlilliyi olan vətəndaşlar idi. Qısa müddət ərzində əlilliyi olan insanların məşğulluğu üçün 917 iş yeri açılmışdı. Həmin iş yerlərində hazıradək əlillərə əsasən dispetçer, köməkçi işçi, gözətçi, qablaşdırıcı, nəzarətçi, katib, insan resursları üzrə mütəxəssis və s. kimi vəzifələr təklif olunur. Lakin Rusiyada bütün bu peşələr aşağı ödənişlidir. Sürücüyə, müəllimə, mühasibə, şöbə müdirinə, hüquqşünasa (əlillər üçün) isə əmək haqqı ödənişləri fərdi hesablanır.

Rusiyada hələ də əhalinin, xüsusilə də əlillərin məşğulluğu qanunvericilik səviyyəsinə görə hesablanır. Rusiya Konstitusiyasında hər kəs öz bacarığına görə sərbəst işləmək hüququna malikdir.

Ölkədə hər nə qədər qeyri-sabit iqtisadi bir dövr yaşansa da, əlillər üçün dərman preparatlarının və tibbi avadanlıqların ödənişsiz verilməsi qeyri-şərtidir. Bundan başqa fiziki məhdudiyyətli vətəndaşlara olan ictimai dəstək və qayğı birmənalı şəkildə inkişaf etməkdədir. Bu cür insanların pensiya və sosial müavinətləri də digər vətəndaşlardan fərqli olaraq yüksək hesablanır.

“Əlbəttə ki, hakimiyyət əlillərin problemlərinə toxunmaq üçün təcili bir şeylər edir, lakin bu səylər çox kiçik və effektiv deyil. Rusiyanın əlil insanları hələ də işsiz qalırlar”

İqor Krassnov (2016)

Lakin statistikaya görə, Rusiyadan fərqli olaraq Böyük Britaniyada və ABŞ-da işsiz əlillərin sayı azdır. ABŞ-da 24%, Böyük Britaniyada isə  40% əlil vətəndaş işlə təmin edilirsə, Rusiyada fiziki məhdudiyyətli insanların yalnız 4,6% çalışır. Bu ölkələrlə müqayisədə, demək olar ki, Rusiyada əlil insanlar arasında işsizlik səviyyəsi, həqiqətən, çox yüksəkdir.

Əlillərin məşğulluğunun sistem xarakterli olduğunu düşünənlər bu fikrin doğru olduğundan o qədər əmindirlər ki, federal dövlət orqanlarından yerli hökumətlərə və özəl şirkətlərə qədər bütün səviyyələrdə layihələrin kompleks şəkildə həyata keçirilməsini tələb edirlər. Onlar hesab edirlər ki, bu kimi problemlər yalnız inzibati və tənzimləmə tədbirlərinin köməyi ilə həll edilə bilməz, bütün cəmiyyətin bu problemə münasibətini dəyişdirmək lazımdır.

Həmçinin əlilliyi olan insanların sosiallaşma və ünsiyyət imkanlarının artırılması baxımından aparılan təbliğat xarakterli kampaniyalara xüsusi qəzetlərin, kitabların və s. məlumat mənbələrinin də cəlb edilməsi mütləq hesab olunur. Bu arada sosial reklam istehsalçılarının və s. təşkilatların birgə əməyi nəticəsində təşkil olunan təbliğat xarakterli proqramların da sayı az deyil.

Boşluqdan məcburi xilas yolları

Əlil insanların düçar olduqları boşluqdan məcburi xilas olmaları ilə bağlı da Rusiyada bir çox layihələr işlənib hazırlanır.

Ötən il Rusiya siyasi partiyalardan biri “Əlil” işarəsi ilə təchiz edilmiş avtomobillərin boşaldılmasına qadağa qoymağı təklif etmişdi. Təklifə əsasən hazırlanan qanun layihəsi Dövlət Dumasının müzakirəsinə də təqdim edildi.

Tələb olunan qaydalara əsasən, LDPR-dən olan deputatlar “Əlil” işarəsi olan avtomobillərin boşaldılmasını qadağan qoymalı idi. Əlillər avtomobillərini qadağan olunan yerlərdə “park” edərlərsə, qanunla istisna haqlarından istifadə edə bilərlər. Partiyanın nümayəndəsi Yaroslav Nilov hesab edir ki, avtodayanacaqda “Əlil” əlaməti olan nəqliyyat vasitələrini götürmək “küfr və antisosial”dır.

Rusiya ictimai xadimi, blogger, Rusiya Federasiyasının İctimai Palatasının 5-ci tərkibli üzvü (2014-2017), “StopHam” sosial hərəkatının qurucusu və rəhbəri Dmitri Çuqunova görə isə bu vətəndaşların mənzil və s. kimi sosial problemləri, və ya qəza haqqında hesabat planı imkan verir ki, qanunla onlar üçün yeni mobil proqram da yaradılsın. Bundan əlavə, “StopHama” bazasında “Biz haqlıyıq” adlı yeni bir internet layihəsi də hazırlanmalıdır. Proqramın əsas məqsədi vətəndaşların hüquqi tərbiyəsidir. Çuqunov, həmçinin qeyd edir ki, biz başqalarının qayğısı olmadan yaşaya bilməyən insanların müalicə və s. kimi problemlərininin həllinə hətta onların razılığı olmadan da çalışmalıyıq: “Bütün bu məlumatların keçərliliyi bizim “sürü” (toplum) üçün az ehtimal olunur. Ona görə də bu kimi məlumatları elektron versiyadan kağız üzərinə çevirmək və regionlarda sosial qınaq kimi yaymağa çalışmaq vacibdir. Bundan başqa biz tək olmamalıyıq, bütün xəbər agentlikləri  və aidiyyatlı orqanların, hətta sadə vətəndaşların köməyi bizim üçün əlçatan olmalıdır”.

Boşluqdan məcburi çıxarma üsulu isə daha çox psixoloqlar tərəfindən könüllülüyün formalaşmasına gətirib çıxara bilər. Çünki hamıya məlumdur ki, özündə qüsur hiss edən insanlar qapalı və sosiallaşmağa meyil göstərməyən xarakterdə olurlar. Bu hallar bir çox halda depressiyalara və s. kimi psixoloji problemlərə də gətirib çıxara bilir. Ona görə də bu məqamda psixoloji basqı normal hesab olunur və o şəxslərin xeyrinə istifadə edilir.

Şevçenko Andrey İvanoviç: Müasir cəmiyyətdə maneəli şəxs (sosial-fəlsəfi analiz) – Tərcümə

“Əlillik müəyyən mənada cəmiyyətin iqtisadi inkişafına da bir şəkildə maneədir. Çünki əlillik zamanı institusional, normativ xüsusiyyətlər pozulur və ya idarə oluna bilmir. Əlilliklə və əlillər ilə əlaqədar sosial siyasətin həyata keçirilməsi də problemlərin kompleks həlli demək deyil, sırf texnoloji həllidir. Lakin mümkünsüz heç nə yoxdur. İlk növbədə problemin konsepsiyası düşünülməli, məsələ sosial və mədəni problem kimi nəzərə alınmalıdır. Çünki fiziki məhdudiyyətli insanlara qarşı bütün dünyada müsbət münasibət yaratmaq üçün fərdi şüurun təsiri, həmçinin ciddi, məqsədyönlü və gərgin işi bütün cəmiyyətlərdən çox şey tələb edir, həmçinin ictimaiyyətə müsbət vədlər verir. Şəxslərarası əlaqələr, davranış təcrübəsinin humanist məzmunu və bu baxımdan mənəvi təməlin formalaşması – fərdi və ictimai əxlaq sualına cavabın tapılması (yəni sosial sual) isə öz növbəsində vacibdir”.

Əlilliyi olan uşaqların və gənclərin sosial problemləri

Əlil uşaqların sosial inteqrasiyasının növləri; sosial reabilitasiya prosesinin prinsipləri; əlilliyi olan gənclərin məşğulluq problemi dövləti və onların peşə öz müqəddəratını təyin etmək təcrübəsi…

Əlilliyi olan uşaq və gənclərlə bağlı məşğulluq və sosial inteqrasiya regional resurs mərkəzlərinin çoxaldılması və aktiv fəaliyyəti vacib amillərdəndir. Maneəli şəxslər üçün professional təhsilin formalaşması davamlılıq təşkil edərsə, fiziki məhdudiyyətli uşaqlaarın və gənclərin təhsil problemləri kökündən həll olunar və bu zaman gələcək əmək fəaliyyətində də maneələr yaranmaz. Əmək və Sosial Həmrəylik Mərkəzlərinin fəaliyyəti də artıq dünya təcrübəsində öz sözünü deyib. Dünyada bu cür qurumların əsas məqsədi təhsilin təməldən güclü olması, ilk uğurlu peşə-ixtisas seçimi, əlil uşaqların və gənclərin inkişaf prosesində sürət, əmək bacarıqlarının formalaşmasında dəstək, professional karyera həyatında öz müqəddəratını təyin edilməsi və s. kimi məsələlərin nəticəli olması əsas götürülür. Təcrübələr göstərir ki, bu cür layihələrdə təşkilatların dəstəyi ilə əlil insanların sonrakı həyatları əsasən uğurlu alınır.

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz