Şuranın dəstəklədiyi layihə çərçivəsində QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb » Hərbiand

Son Dəqiqə:

Şuranın dəstəklədiyi layihə çərçivəsində QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi tərəfindən Bakı şəhərində “Qeyri-hökumət təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına əsasən mühasibat uçotunun aparılması Qaydaları” nın hazırlanması adlı layihə çərçivəsində Bakı şəhərində dəyirmi masa  keçirilib.

Dəyirmi masada Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin icraçı direktoru Solmaz Əliyeva, layihə koordinatoru Hacıyev Məhəmməd, Maliyyə Nazirliyi yanında Maliyyə-Elm Tədris Mərkəzinin direktoru Elman Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Nədimə Rəhimli,  Kəpəz Alçı şirlətinin baş mühasibi Natiq Hüseynov, GMB-nin eksperti Kəmaləddin Quliyev, Gələcəyə Qayğı İctimai Birliyinin sədri Azər Əliyev, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, İnkişafa Doğru Qadın Təşəbbüsü İctimai Birliyinin sədri Ziba Nəbiyeva və digər QHT sədrləri, mühasibləri, nümayəndələri iştirak ediblər.

İlk öncə tədbiri giriş sözü ilə açan birliyin icraçı direktoru Solmaz Əliyeva layihə haqqında ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi qeyri-hökumət təşkilatları tərəfindən vahid qaydada mühasibat uçotunun aparılmasını təmin edən normativ hüquqi akt layihəsinin hazırlanmasıdır. Daha sonra tədbir iştirakçıların müzakirələri ilə davam etdirilib. Müzakirələr zamanı bir sıra təkliflər səsləndirilib.

Sonda qeyd olunub ki, hazırlanmış qaydalar təkliflər nəzərə alınmaqla daha da təkmilləşdirilərək Maliyyə Nazirliyinə təqdim olunacaq.

Şərh Yaz