1918-ci il azərbaycanlıların soyqırımı həqiqətlərinin gənclər arasında təbliğinin təşkili adlı layihə uğurla sona çatıb » Hərbiand

Son Dəqiqə:

1918-ci il azərbaycanlıların soyqırımı həqiqətlərinin gənclər arasında təbliğinin təşkili adlı layihə uğurla sona çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi 1918-ci il azərbaycanlıların soyqırımı həqiqətlərinin gənclər arasında təbliğinin təşkili adlı layihə həyata keçirildi. Layihənin əsas məqsədi gənclərin, o cümlədən məktəblilərin 1918-ci il mart-aprel hadisələri, erməni vəhşilikləri haqqında məliumatlılıq səviyyəsini artırmaq, onların xalqımızın tarıxınə, vətənin taleyinə məsuliyyətli bir vətəndaş kimi formalaşmasına dəstək olmaqdan ibarət idi. Layihə çərçivəsində orta məktəblərdə və mədəniyyət ocaqlarında –  Laçın rayon Çıraqlı kənd orta məktəb, Kəlbəcər rayonu 126 saylı orta məktəb, M.F. Axundov adına Milli Kitabxana ümümilikdə 270 nəfər yeniyetmə və gəncin iştirakı ilə üç görüş təşkil olundu.

Görüşlərdə dəvət edilmiş qonaqlar və ekspertlərlə yanaşı məktəb rəhbərliyi də aktiv iştirak etdi. Bütün tədbirlərdə layihə rəhbəri çıxış edərək ilkin olaraq layihə haqqında daha sonra isə təşkilatının fəaliyyəti və bu layihəni həyata keçirən donor – Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının layihə iştirakçılarına geniş məlumat verdi.  Layihənin mövzusu üzrə çıxış edən natiqlər 1918-ci il azərbaycanlıların soyqırımı haqqında ictimaiyyətin, xüsusən gənclərin maarifləndirilməsi işinin hər birimizin müqəddəs borcu olmasını bildirdilər. Onlar həmçinin vurğuladı ki, erməni lobbisi uydurma erməni soyqırımının 100 illiyi ilə bağlı bütün dünyanı əhatə edən aksiyalar keçirir, ermənistan gəncləri arasında böyük təbliğatı işlər qururdu. Lakin erməni yalanından fərqli olaraq gerçək soyqırıma məruz qalmış xalqımız haqqında ictimaiyyəti məlumatlandırmaq işi daha güclü olmalıdır. Gənclərimiz beynəlxalq tədbirlərdə erməni yalanına cavab olaraq gerçək tarixi faktları açıqlamaq üçün məlumatlı, bilikli olmalıdırlar. Ən vacibi isə onlar arasında qanlı tarixi keçmişimizə hörmət hisslərini aşılayıb, faciələrimizi unudulmasının qarşısını almalıyıq. Unutqanlıq, biganəlik olmasaydı və 100 il əvvəl baş vermiş hadisələrdən nəticə çıxarılsaydı xalqımızın başına 1988-ci illərdə başlayan faciələr gəlməzdi.

Çıxış edən natiqlər gənclərə ölkəmizə, dövlətimizə, xalqımıza bağlı olmaqlarını, xalqımızın tarixini daha dərindən öyrənməyi tövsiyyə etdilər. Çünki gəncliyimiz ancaq bunlar olduğu halda xalqımıza, dövlətimizə layiqli vətəndaş kimi yetişə biləcəklərini ifadə etdilər.

Tədbirlərdən 60 nəfər gənc Quba Memorial Soyqırım Kompleksini ziyarət etmək üçün seçildi. Ziyarət üçün Qubaya səfər edən layihə iştirakçıları ilk öncə Quba şəhərinin mərkəzi parkında Ümummili lider Heydər Əliyevin abidəsini ziyarət edib, hörmət və ehtiraamlarını bildirdilər. Daha sonra Quba Memorial Soyqırım Kompleksini ziyarət edən layihə iştirakçıları ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliyi əyani surətdə sübut edən 1918-ci il Quba soyqırımına aid ayrı – ayrı tarixi sənədlərlə, eksponatlarla tanış oldular.  Ziyarətin sonunda Məktəblilərə “Quba Soyqırımı” adlı sənədli film nümayiş etdirildi.

 

Şərh Yaz