“Aprel zəfərində qəhrəmanlıq göstərmiş oğullarımızın gənclər arasında təbliği” adlı layihəyə yekun vurulub » Hərbiand

Son Dəqiqə:

“Aprel zəfərində qəhrəmanlıq göstərmiş oğullarımızın gənclər arasında təbliği” adlı layihəyə yekun vurulub

Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində  fiziki şəxs Həsənzadə Səyyaf Mübariz oğlu “Aprel zəfərində qəhrəmanlıq göstərmiş oğullarımızın gənclər arasında təbliği” adlı layihə həyata keçirib. Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərində yeniyetmə və gənclərlə 3 görüş keçirilib. İlk görüş Sumqayıt şəhərində məskunlaşan Qubadlı rayon Q.İlyasov adına 1 saylı tam orta məktəbdə, ikinci görüş Qubadlı rayon Hafiq Quliyev adına Texniki Fənlər Təmayüllü Çaytumas məktəb litseyində sonuncu görüş isə Bakı şəhəri Nəsimi rayonu 151 saylı orta məktəbin şagirdləri ilə keçirilib.

Layihənin əsas məqsədi gənclərimizin hərbi-vətənpərvərlik ruhunun artırılması istiqamətində işlər həyata keçirmək, aprel döyüşlərində qazanılan uğurların, Vətən uğrunda canını fəda etmiş oğullarımızı gənclərimiz arasında təbliğ olunmasından ibarət olub.

Sumqayıt şəhərində məskunlaşan Qubadlı rayon məktəbliləri ilə görüşdə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Qubadlı rayon İcra Hakimiyyətinin nümayəndəsi Natiq Abbasov, aprel döyüşlərinin iştirakçıları Qarabağ qaziləri leytenant Bahadurov Müzəffər, gizir Məlikov Araz və kiçik-gizir Alicanov Ceyhun,   Bakı şəhərində keçirilən görüşdə isə Qarbağ döyüşlərinin qazisi, Xüsusi Dövlət Mühafizə Xidmətindən ehtiyatda buraxılan ehtiyatda olan polkovnik Himət Ağayev, aprel döyüşlərinin iştirakçıları baş leytenant Məmmədov Loğman və gizir Ağayev Elməddin iştirak etdilər.

Görüşlər şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başladı.

Tədbir iştirakçıları aprel döyüşlərinin təbliğ olunmasına həsr olunan layihənin önəmindən, hərbi xidmətdə və ehtiyatda olan hərbi qulluqçularla  gənclərin görüşlərinin təşkil edilməsinin olduqca vacib olmasından söz açaraq keçdiklər həyat yolundan, döyüş xatirələrindən, ordumuzun günü gündən artan qüdrətindən söz açdılar. Bildirildi ki,  Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ərazi bütövlüyümüz uğrunda gedən müharibə zamanı göstərilən qəhrəmanlığın təbliği yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işinə mühüm töhfə verir.

Şərh Yaz