Azərbaycan ilə Cibuti arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub » Hərbiand

Son Dəqiqə:

Azərbaycan ilə Cibuti arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Aprelin 30-da İstanbulda keçirilən “IDEF-2019” beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Cibuti Respublikasının müdafiə naziri Əli Hassan Bahdon ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən HƏRBİAND-a bildiriblər ki, tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Şərh Yaz