Ali Hərbi Məktəbin Hərbi Dəniz Qüvvələri fakültəsinin kursantları beynəlxalq yarışda iştirak edirlər » Hərbiand

Son Dəqiqə:

Ali Hərbi Məktəbin Hərbi Dəniz Qüvvələri fakültəsinin kursantları beynəlxalq yarışda iştirak edirlər

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin Hərbi Dənizçilik Məktəbində növbəti beynəlxalq dənizçilik yarışları keçirilir.

Herbi.and Azərtaca istinadən xəbər verir ki, müxtəlif ölkələrin ali hərbi dənizçilik məktəbləri nümayəndələrinin iştirak etdikləri yarışda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Dəniz Qüvvələri fakültəsinin komandası təmsil edir.

Üzgüçülük və gəmiçilik hərbi dəniz idman növləri üzrə keçirilən yarışlarda Azərbaycan, Banqladeş, Bolqarıstan, Cənubi Koreya, Çin, Böyük Britaniya, İtaliya, Oman, Pakistan və Türkiyə ali hərbi dənizçilik məktəblərinin nümayəndələri iştirak edirlər.

Şərh Yaz