Xüsusi hərbi ixtisaslı sürücü müdavimlər arasında beşnövçülük üzrə hərbi-texniki idman yarışları keçirilib » Hərbiand

Son Dəqiqə:

Xüsusi hərbi ixtisaslı sürücü müdavimlər arasında beşnövçülük üzrə hərbi-texniki idman yarışları keçirilib

Mayın 2-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində xüsusi hərbi ixtisaslı sürücü müdavimlərdən təşkil edilmiş komandalar arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beşnövçülük üzrə hərbi-texniki idman yarışı keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Herbi.and Azərtaca istinadən xəbər verir ki, yarışın açılışında çıxış edən “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Niyazi Eynalov əbədiyaşar komandan Heydər Əliyevin xalq, Vətən və dövlət qarşısında misilsiz xidmətlərindən danışıb.

Hərbi vətənpərvərlik tərbiyəsinin təbliği sahəsində çağırışçı müdavimlərin iştirakı ilə müxtəlif layihələrin həyata keçirildiyini deyən cəmiyyət sədri, aparılan təbliğat işlərinin nəticəsi olaraq vətəndaşlar arasında idmanın hərbi-tətbiqi növünə marağın yüksəldiyini bildirib. Diqqətə çatdırıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna müntəzəm qayğı və diqqəti nəticəsində bu gün ölkəmizin intizamlı və mütəşəkkil Silahlı Qüvvələri yaranıb. Bugünkü Silahlı Qüvvələrimiz düşmənin bütün təxribatlarına layiqli cavab verə biləcək, müasir silahlarla təchiz olunmuş əzəmətli qüvvədir. Eyni zamanda, ordumuzun əsas hərəkətverici qüvvəsi onun insan potensialı – gənc əsgərləridir. Ona görə də Prezident İlham Əliyev öz çıxışlarında həmişə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliği işini, onların ordu sıralarında ixtisaslı mütəxəssis kimi xidmət etmələrinin vacibliyini ön plana çəkir. “Bu, Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin qarşısında da mühüm vəzifələr qoyur. Məhz bu xüsusda biz yüzlərlə çağırışçı gənci müdavim kimi sıralarımıza qəbul edib, xidmət yerlərinə xüsusi hərbi ixtisaslı mütəxəssis kimi göndəririk, sərrast atıcılar ordusu yetişdirmək üçün Atıcılıq kursu da təşkil etdik. Bu təşəbbüsümüz isə daha çox hərbi biliklərə yiyələnmək istəyən sıravi vətəndaşlarımız üçün ruh yüksəlişi gətirdi”, – deyə Niyazi Eynalov qeyd edib.

Yarışın mahiyyəti barədə məlumat verən Niyazi Eynalov vurğulayıb ki, hər tədris dövründə müdavimlərin iştirakı ilə təşkil olunan bu kimi ardıcıl yarışlar Silahlı Qüvvələrimizin sıralarında xüsusi hərbi ixtisaslı sürücü mütəxəssis kimi xidmət edəcək gələcək sürücülərin hərtərəfli hərbi hazırlıqlı formalaşdırılmasına xidmət edir. Məhdud Məsuliyyətli Cəmiyyət gənclərin döyüş ruhunun yüksəldilməsinə, xalqımızın ən yaxşı hərbi ənənələrinin təbliğinə diqqəti daha da artıracaq.

Daha sonra müəyyən edilmiş normativləri yerinə yetirən müdavimlər turnikdə dartınma, 100 metr məsafəyə qaçış, təlim əl qumbarasını hədəfə atma, təlim-yük avtomobilinin trayektoriya üzrə idarə edilməsi, kiçik çaplı odlu silahdan 25 metrdən hədəfə atəş açma yarışlarına çıxıblar.

Cəmiyyətin Binəqədi rayon 1 nömrəli filialının komandası yüksək nəticə göstərərək qalib olub, Sabunçu və Xətai rayon filiallarının komandaları isə 2-ci və 3-cü yerləri bölüşdürüblər.

Qalib komandalar kubok və diplomla mükafatlandırılıb. Komandaların üzvlərinə diplom və hədiyyələr təqdim edilib.

Şərh Yaz