Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərin əsas mərhələsi başlayıb » Hərbiand

Son Dəqiqə:

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərin əsas mərhələsi başlayıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimin mayın 3-də əsas mərhələsi başlayıb.

Herbi and Azərtaca istinadən xəbər verir ki, təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və anlaşmasını yüksək səviyyədə təmin etməkdir.

Azərbaycan tərəfdən təlimin rəhbəri, polkovnik İlqar Lətifov bildirib ki, təlimin taktiki mövzusu hər iki dövlətin ordusunun taktiki qruplarının müdafiə olunan düşmənin üzərinə keçərək onun darmadağın edilməsi və düşmən mövqelərinin dərinliklərini, yüksəklikləri, ərazi qismini ələ keçirərək möhkəmlənməkdir. Taktiki təlimlərə Azərbaycan və Türkiyədən 1000-dən çox şəxsi heyət, 60-a yaxın döyüş texnikası, 30 artilleriya qurğusu, 20-yə yaxın döyüş helikopterləri və digər döyüş teknikaları cəlb olunub. Rəhbərlik tərəfindən qoyulan əsas tapşırıqlardan biri iki ölkənin ordularının qarşılıqlı fəaliyyəti, hərtərəfli təminat suallarının və idarəetmənin təşkil olunmasıdır. Təlimin gedişində iştirak edən şəxsi heyət də bilmədən taktiki-şərait bir neçə dəfə dəyişdirilib. Şəxsi heyət bundan nəticə çıxararaq qarşılıqlı fəaliyyətin hərtərəfli təminatı və idarəetmə suallarını yüksək səviyyədə yerinə yetirib.

Türkiyə tərəfdən təlimə qatılan qrupun rəhbəri, polkovnik Murat Dirik deyib ki, Azərbaycan və Türkiyə hərbçilərinin birgə əməkdaşlığı uzun illərdir davam edir. Bu təlim də həmin tədbirlərdən biridir. Məqsəd birgə çalışmaq, bir-birimizi anlamaqdır. Türkiyədən 85 nəfərdən ibarət nümayəndə heyəti ilə gəlmişik. Ölkənizə gəldiyimiz gündən xalqın və Azərbaycan Silahlı Qüvvələrinin bizə göstərdiyi diqqət və qayğıdan məmnunuq. Bu, bizim dostluq və qardaşlığımızın uzun illərə söykənməsindən xəbər verir.

Şərh Yaz