“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başa çatıb » Hərbiand

Son Dəqiqə:

“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başa çatıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 1-də başlayan “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başa çatıb.

Herbi and Azərtaca istinadən xəbər verir ki, taktiki təlimlərə Azərbaycan və Türkiyədən 1000-dən çox şəxsi heyət, 60-a yaxın döyüş texnikası, 30 artilleriya qurğusu, 20-yə yaxın döyüş helikopterləri və digər döyüş texnikaları cəlb olunub.

Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının yüksək səviyyədə saxlanılması olub.

Təlimlərdə tapşırıqlar uğurla icra edilib.

Şərh Yaz