“Qarabağ” 7-ci dəfə Azərbaycan çempionu olub » Hərbiand

Son Dəqiqə:

“Qarabağ” 7-ci dəfə Azərbaycan çempionu olub

Mayın 5-də futbol üzrə Topaz Premyer Liqasının 2018-2019-cu il mövsümünün çempionu müəyyənləşib.

Herbi.and Azərtaca istinadən xəbər verir ki, “Qarabağ” Topaz Premyer Liqasının 27-ci turunda Tofiq Bəhramov adına Respublika Stadionunda “Səbail” klubunum 4:0 hesabla (Markos Madera 21, Mahir Mədətov 42, 69, 87) məğlub edib. Bununla komanda xallarının sayını 63-ə çatdıraraq Azərbaycan çempionu adını qazanıb.

Ağdamlıların turnir cədvəlində əsas izləyicisi “Neftçi” səfərdə “Qəbələ”ni məğlub (3:1) etməsinə baxmayaraq, xal hesabında “Qarabağ”a çata bilməyib. Komandalar arasında fərq 5 xaldı. Qurban Qurbanovun yetirmələri ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə çempionluğu bayram edib.

Xatırladaq ki, Azərbaycanın Ağdam şəhərini təmsil edən “Qarabağ” klubu 1951-ci ildə yaradılıb. Klub 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. İlk dəfə “Qarabağ” 1993-cü ildə Azərbaycanın ən güclüsü olub. Daha sonra “Qarabağ”ın çempionluğu 2014-cü ilə təsadüf edib. Bir ildən sonra “Qarabağ” yenidən titulunu qoruyaraq tarixində 3-cü dəfə çempion olub.

Klubun ən böyük uğuru 2017-2018-ci il mövsümünə təsadüf edir. Həmin il daha üstün oyun nümayiş etdirən “Qarabağ” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubunu (5:0, 1:0”, II təsnifat mərhələsində Moldavanın “Şerif” komandasını (2:1, 2:1), III təsnifat mərhələsində isə Danimarkanın “Kopenhagen” komandasını (1:0,1:2) məğlub edərək qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində oynamaq şansı qazanıb. Bununla da UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu “Qarabağ” olub. Qrup mərhələsində İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko Madrid” və İtaliyanın “Roma” kimi Avropa nəhəngləri ilə qarşılaşıb.

Şərh Yaz