Respublika şahmat festivalının final mərhələsi başlanıb » Hərbiand

Son Dəqiqə:

Respublika şahmat festivalının final mərhələsi başlanıb

Mayın 6-da şahmat fənni tədris olunan ümumi təhsil müəssisələrinin şagirdləri arasında respublika şahmat festivalının final mərhələsinə start verilib.

Herbi and Azərtaca istinadən xəbər verir ki,festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.

“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” tədris idman bazasında keçirilən final yarışının açılış mərasimində Təhsil Nazirliyinin, idman ictimaiyyətinin nümayəndələri, müəllim və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, şahmat idman növünün uşaqlar üçün əhəmiyyətindən danışıb, gənc şahmatçılara uğurlar arzulayıblar.

Açılış mərasimindən sonra yarışlara start verilib.

Yarışın əsasnaməsinə uyğun olaraq final mərhələsinə II, III və IV siniflərdən altı zona üzrə yarışlarda birinci və ikinci yeri tutan oğlan və qız şahmatçılar olmaqla, ümumilikdə 72 məktəbli vəsiqə qazanıb.

Festivala mayın 9-da yekun vurulacaq.

Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünü təntənəli qeyd etmək, şahmatın tədris edildiyi pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları aşkar etmək, məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, dostluq və idman əlaqələrini möhkəmləndirməkdən ibarətdir.

Şərh Yaz