Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Müdafiə Nazirliyinin hərbi hissəsində olub » Hərbiand

Son Dəqiqə:

Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Müdafiə Nazirliyinin hərbi hissəsində olub

Azərbaycanda səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini, general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin hərbi hissəsində olub.

Herbi.and Azərtaca istinadən xəbər verir ki, qonaqlar ərazidəki hərbi infrastruktur, inzibati, xidməti binalar və qurğular, eləcə də əsgər yataqxanası, yeməkxana və hərbi texnika ilə maraqlanıblar. Nümayəndə heyətinə şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.

Şərh Yaz