Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Yaşıl Teatrda təntənəli konsert keçirilib » Hərbiand

Son Dəqiqə:

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Yaşıl Teatrda təntənəli konsert keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yaşıl Teatr Bakı Konsert Kompleksində tanınmış incəsənət xadımlərinin və populyar ifaçıların iştirakı ilə təntənəli konsert proqramı keçirilib.

Herbi and Azərtaca istinadən xəbər verir ki, paytaxt ictimaiyyətinin nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə keçirilən konsert Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbəri və baş dirijoru olduğu Niyazi adına simfonik orkestrin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayıb.

Azərbaycan estrada ulduzlarının bir-birindən maraqlı ifaları ilə davam edən konsertdə Xalq artistləri Samir Cəfərov, Azər Zeynalov, Faiq Ağayev, Mübariz Tağıyev, Bilal Əliyev, Fidan Hacıyevanın, Əməkdar artistlər Zakir Əliyev, İlahə Əfəndiyeva, Teymur Əmrah, Səbinə Babayeva, İnarə Babayevanın, həmçinin populyar ifaçılar Taleh Yəhyayev, Nigar Şabanova, Afaq Abbasovanın, Vaqif Mustafazadə adına “Sevil” instrumental ansamblının ifaları maraqla qarşılanıb.

Konsertə Əməkdar artist Ramil Qasımovun ifasında “İlhamlı günləri Azərbaycanın” mahnısı ilə yekun vurulub.

Konsert zamanı səhnədə quraşdırılmış ekranda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotomateriallar nümayiş etdirilib.

Şərh Yaz