İkinci Avropa Oyunlarında Azərbaycanı 7 samboçu təmsil edəcək » Hərbiand

Son Dəqiqə:

İkinci Avropa Oyunlarında Azərbaycanı 7 samboçu təmsil edəcək

Minskdə keçiriləcək ikinci Avropa Oyunlarının sambo yarışında Azərbaycanı 7 idmançı təmsil edəcək. Onlardan altısı kişi, biri isə qadındır.

Ikinci Avropa Oyunlarında Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Abdulla Abdullayev (74 kq), Ceyhun Hüseynov (82 kq) və Gözəl Zutova (72 kq) mübarizə aparacaqlar.

Sambo yarışları iyunun 22-23-də keçiriləcək.

Şərh Yaz