Kitabxanada Nəsiminin 650 illik yubileyi qeyd edilib » Hərbiand

Son Dəqiqə:

Kitabxanada Nəsiminin 650 illik yubileyi qeyd edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası Yasamal rayon 167 nömrəli tam orta məktəblə birgə Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar tədbir təşkil edib.

Herbi.and Azərtaca istinadən xəbər verir ki, tədbiri məktəbin müəllimi Gülnarə Qafarova açaraq İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biri olduğunu vurğulayıb.

Tədbirdə məktəbin şagirdləri şairin qəzəllərini söyləyiblər, həmçinin “Nəsimi” filmindən fraqment nümayiş olunub.

Sonra kitabxananın əməkdaşı İradə Hüseynova çıxış edərək şairin həyatı və yaradıcılığı barədə məlumat verib.

Məktəbin direktoru Qasım Qasımov kitabxananın kollektivinə təşəkkürünü bildirib və belə tədbirlərin davamlı olmasını arzulayıb.

Sonda tədbir iştirakçıları kitab sərgisi və “Nəsimi ili” stendi ilə tanış olublar.

Şərh Yaz