Azərbaycanın və Türkiyənin müdafiə nazirləri Naxçıvanda təlim-tədris mərkəzini və Heydər Əliyev adına Hərbi Liseyi ziyarət ediblər » Hərbiand

Son Dəqiqə:

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri Naxçıvanda təlim-tədris mərkəzini və Heydər Əliyev adına Hərbi Liseyi ziyarət ediblər

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar ilə birgə Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan şəhərində yerləşən hərbi hissəsində və təlim-tədris mərkəzində olublar.

Herbi.and Azərtaca istinadən xəbər verir ki, nazirlər şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraiti ilə tanış olub, hərbi hissənin sərəncamında olan yeni silah və hərbi texnikaya, eləcə də bir sıra hərbi infrastruktur obyektlərinə baxış keçiriblər.

Sonra müdafiə nazirləri Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyi ziyarət ediblər.

Qonaqlar hərbi təhsil müəssisəsi ilə tanış olublar. Vurğulanıb ki, dövlət rəhbərliyinin himayəsi və yüksək qayğısı ilə liseydə ən müasir şərait yaradılıb. Burada kursantların təhsili ilə yanaşı sosial müdafiəsi və vətənpərvərlik tərbiyəsi də daim diqqət mərkəzindədir.

Sonra liseyin pedaqoji kollektivi və kursantlarla görüşən nazirlər tədris korpusunda və yataqxanada yaradılan şəraitlə tanış olublar.

Şərh Yaz