Biləsuvarda sahibkarlarla görüş keçirilib » Hərbiand

Son Dəqiqə:

Biləsuvarda sahibkarlarla görüş keçirilib

“Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Region sahibkarlarına vergi məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində 20 iyun 2019-cu il tarixində Biləsuvar rayonunda sahibkarlarla görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cavid Əliyev bildirmişdir ki, layihənin əsas məqsədi regionlarda istehsal və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlar həmçinin QHT-lər arasında vergi məcəlləsinə edilmiş dəyişiklərlə bağlı maarifləndirmə işinin təşkili və bu kateqoriyaya aid olan qruplara hesabatlarında yaranmış problemlərlə bağlı dəstək göstərməkdir. Daha sonra vergi sahəsində ekspert Sənan Mənsimli vergi məcəlləsinə edilmiş dəyişikliklər mövzusunda çıxış etmişdir. Görüşdə həmçinin region üzrə ərazi vergilər idarəsinin əməkdaşı Ramazan Məmmədov iştirak etmiş sahibkarların suallarını cavablandırmışdır. Görüş qarışıqlı müzakirələr formatında davam etmişdir.

Qeyd edək ki, belə görüşlərin daha sonra Zərdab, Quba və Şamaxı rayonlarında keçirilməsi nəzərdə tutulmuşdur.

Şərh Yaz