Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi vandalizm tarixi faktlar və hüquqi sənədlər əsasında Almaniya ictimaiyyətinə çatdırılıb » Hərbiand

Son Dəqiqə:

Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi vandalizm tarixi faktlar və hüquqi sənədlər əsasında Almaniya ictimaiyyətinə çatdırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Avropa Türk İslam Birliyi, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatının (UKİD) təşkilatçılığı ilə iyun ayının 16-da Almaniyanın Köln şəhərində ‘’Dünəndən bu günə erməni terroru’’ adlı konfransı həyata keçirib. Konfransı giriş sözü ilə açıq elan edən Türkdilli Dövlətlərlə Dostluq ve Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov tədbir haqqında məlumat verib. Tədbirdə çıxış edən Avrasiya-1 Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Şaban Gülbahar öz çıxışında erməni vandalizminin tarixi kökləri və onların arxasında duran havadarları haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra söz UKİD fəxri sədri Musa Serdar Çelebiyə verildi. Musa Serdar Çelebi erməni lobbisinin 100 ilə yaxın bir müddət ərzində Almaniyada və həmçinin Avropanın digər şəhərlərində  apardığı təbliğat nəticəsində bu gün Avropa ölkələrinin əksəriyyəti qondarma erməni soyqırımını tanıdı. Ona görə də biz öz haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq üçün belə tədbirləri Avropa ölkələrində davamlı şəkildə həyata keçirmək məcburiyyətindəyik. Sonra söz mühazirəçilərə verilib.  Konfransda Azərbaycan Respublikasının millət vəkili Fazil Mustafa və Köln şəhərində yaşayan yazar ve publisist, ‘’Referans’’ jurnalının baş redaktoru Mahmud Aşkar konfrans iştirakçılarına erməni terroru haqqında geniş ve dolğun məlumat veriblər. Tədbir iştirakçılarına AMEA Tarix İnstitutunun eməkdaşı tarix üzre felsefe doktoru Vasif Qafarovun  müəllifi olduğu ‘’Azərbaycan türklərinə qarşı erməni təcavüzünün xronikası’’ kitabının Şuranın dəstəyi ilə alman dilinə tərcümə edilmiş versiyası ve bukletlər tədbir iştirakçılarına paylanılıb. Tədbir iştirakçıları xüsusi olaraq qeyd ediblər ki, ilk dəfədir Alman dilində belə məlumatların verildiyi kitab əldə edirlər. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və belə layihələrin mütəmadi şəkildə Avropa ictimaiyyətində keçirilməsinin zəruriliyi qeyd olunub.

Şərh Yaz