Silahlı Qüvvələrə Yardım Fonduna 101 milyon manatdan çox vəsait daxil olub » Hərbiand

Son Dəqiqə:

Silahlı Qüvvələrə Yardım Fonduna 101 milyon manatdan çox vəsait daxil olub

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il iyulun 1-dək 100 milyon 742 min 334,19 manat, 213 min 577,88 ABŞ dolları, 16 min 936 avro və 5000 rubl vəsait yığılıb.

Herbi.and Azərtaca istinadən xəbər verir ki,

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Şərh Yaz