Mingəçevir Regional QHT-lərin Resurs və Təlim mərkəzində tədbir keçirilib » Hərbiand

Son Dəqiqə:

Mingəçevir Regional QHT-lərin Resurs və Təlim mərkəzində tədbir keçirilib

Mingəçevir Regional QHT-lərin Resurs və Təlim mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi İctimai Birliyini Layihəsi olan “Ətraf mühitin qorunmasında vətəndaş cəmiyyəti institutlrının rolu mövzusunda təlim keçirilib.

Tədbirin təlimçisi Fizuli Əsədov layihə barədə geniş məlumat verərək qeyd edib ki, əhalinin sağlamlığının qorunması və ətraf mühit məsələləri üzrə daha fəal olmağa təşviq edilməsi, onlarla dövlət arasında əlaqələrin inkişaf etdirilməsi və mediaya sərbəst çıxışların təmin edilməsi kimi məsələlər fəaliyyətinin icrasının əsas məqsədidir.
Təlim QHt-lərə imkan verəcək ki, öz media və vətəndaş cəmiyyəti əlaqələrini inkişaf etdirsinlər və öz fəaliyyətlərini daha da genişləndirmək üçün müasir media vasitələrdən (sosial şəbəkələr, internet səhifələri, bloqlar) istifadə etsinlər.
Tədbirdə “Eko-TES” İctimai birliyinin sədri ekoloq Nəzərov Çingiz də mövzu ilə bağlı geniş məlumat verdi .Tədbir maraqlı diskusiya əsnasında davam etdi.

Şərh Yaz