“Sosial şəbəkələrin ailə modelinə təsiri” – HDİM layihə çərçivəsində növbəti tədbir keçirib » Hərbiand

Son Dəqiqə:

“Sosial şəbəkələrin ailə modelinə təsiri” – HDİM layihə çərçivəsində növbəti tədbir keçirib

Avqustun 5-də Hüquqi və Demokratk İslahatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə inistitutunun inkişafında maarifləndirmə tədbirlərinin rolu” layihəsi çərçivəsində Səbael rayonu Veteranlar Birliyinin ofisində növbəti dəyirmi masa keçirib.

“Sosial şəbəkələin ailə modelinə təsiri” mövzusunda keçirilən dəyirmi masanı giriş sözü ilə açan HDİM-nin sədri, Layihənin rəhbəri İlham Əliyev mövzunun aktuallığından danışıb. İlham Əliyev boşanmaların xeyli artdığını, ailə institutunun təhlükədə olduğunu bildirib. O, ailələrin dağılmasında kənar təsirlərin, xüsusilə sosial şəbəkələrin böyük rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, valideynlər diqqətli olmalı, yeniyetmə və gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsinə çalışmalıdırlar: “Son illərdə ölkəmizdə boşanma hallarının artması ciddi narahatlıq doğurur. Bununla bağlı həyata keçirilən məhkəmə işlərinin analizləri göstərir ki, müxtəlif amillərlə yanaşı, sosial şəbəkələrin də boşanmalarda rolu hələ də az deyil. Hesab olunur ki, ailələrdə konfliktli halların artmasında sosial şəbəkələrin rolu böyükdür. Özəlliklə xanımların həyat yoldaşlarının xəbəri olmadan sosial şəbəkələrdən istifadə, qurulan dostluq və digər ünsiyyət sonda ciddi ixtilafa gətirib çıxarır. Eyni zamanda kişilərin də analoji addımları həyat yoldaşları tərəfindən müsbət qarşılanmır”.

Layihə rəhbəri bildirib ki, valideynlər xüsusilə məktəbyaşlı uşaqlara nəzarəti gücnləndirməlidirlər: “Uşaqların sosial şəbəkədən istifadəsinin birmənalı olaraq əleyhinəyəm. Ancaq problemi qadağa ilə həll etmək düzgün deyil. Evdə qadağan edilsə belə uşaqlar internet kluba gedə bilir. İnternet-klublarda müəyyən yaşdan aşağı müştərilərin qəbul olunmasına məhdudiyyət qoymaq da bir tədbirdir, amma bu, yetərli deyil. Hər bir valideyn uşağının hansı saatda, harada, nə ilə məşğul olduğunu bilməli və onu lazımi formada tərbiyə etməlidir. Valideyn özü uşağa nümunə göstərə bilər – məsələn, ona kitab oxumağı, televiziyada intellektual proqramları izləməyi təbliğ edə bilər. Amma özü də əlindəki böyük planşetində sosial şəbəkədə “yatan” valideyn övladına necə örnək ola bilər? İlk öncə nəzarət çox önəmlidir xüsusən də valideyn nəzarəti. Çünki onların bilmədən daxil olduqları linklər birbaşa onların fikirlərinə və həyat tərzlərinə təsir göstərir xüsusən yeniyetmələrdə çünki keçid dövrü yaşayırlar bu dövrdə onlara təsir etmək çox asan olur. Valideynlər uşaqlara diqqət və vaxt ayırsınlar belə olmayan təqdirdə sosial şəbəkə onların həm davranışına təsir edəcək həmdəki uşaqlarda aqresiyanın baş qaldırmasına gətirib çıxaracaq. Belə olan təqdirdə yeniyetmələr bivec, qeyri-etik şəkildə yetişəcəklər bundanda əziyyət çəkən yenədə valideynlər olacaq. Onların hətta pis vərdişlərə yiyələnmələrinə gətirib çıxaracaq”.

QHT rəhbəri Aydın Xan Əbilov bildirib ki, nəinki sosial şəbəkələr, ümumiyyətlə, internet insanları bir-birindən uzaqlaşdırır, ünsiyyətdə soyuqluq yaradır: “Hazırda sosial şəbəkələr boşanmalarda müəyyən rol oynayır. Bütövlükdə internet insanlar arasında ünsiyyət problemi yaradır. Xüsusən də cütlüklər arasında. Əvvəllər evli cütlüklər bir-biri ilə daha çox canlı ünsiyyətdə olur, bir-birinin problemləri ilə daha yaxından maraqlanırdılar.

Hüquqşünas Səməd Vəkilov çıxışında bildirib ki, müasir dövrdə artıq internet cütlüklər arasında böyük bir boşluq yaradıb: “Canlı ünsiyyət azaldıqca, insanların bir-birindən gözləntiləri artmağa başlayır. İnsanlar bir-biri ilə normal canlı ünsiyyət qurmadıqlarından, ailədaxili konfliktlər həll olunmamış qalır. Xırda bir detal belə böyük problemə çevrilir. Anlaşılmazlıq zaman keçdikcə böyüyüb ailələrin dağılmasına səbəb olur. Bu gün internetə çıxışı olan hər insan saatlarla orda rahat vaxt keçirə bilər. Bununla insanlar öz içindəki mənəvi boşluğu “doldurmağa” çalışırlar”.

Dəyirmi masada tanınmış QHT rəhbərləri Məxluqə Qəhrəmanlı, Ülviyyə Sultanova, müstəqil jurnalist Cabir Məmmədov, layihənin eksperti Qismət İsmayılov, Səbail rayon Veteranlar Birliyinin əməkdaşı İradə Əsədova, həkim-psixoloq, Nəsir Həsənov, şərqşünas alim Teymur Quliyev, gənclərdən İkram Əliyev, Tuncay Nəcəfov, Ülvi Qurbanov, Fuad Əliyev və digərləri çıxış edərək, müasir dövrün yeniliklərinin ailələrə təsir etdiyini və arzuolunmaz neqativ halların aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyac duyulduğuinu bildirdilər.

Şərh Yaz