“İctimai Həyatda Gənclərə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliği günümüzün tələbidir” adlı layihənin icrasını yekunlaşdırıb.
Layihənin məqsədi yol hərəkəti qaydalarını dərindən mənimsəməklə bu qaydaların tətbiqi və təbliğində xüsusi rol oynayacaq gənc nəslin yetişməsinə böyük töhfələr verməkdir.
Layihə Qazax rayonun üç orta məktəbində – Birinci Şıxlı kənd M. Həsənov adına tam orta məktəb, İkinci Şıxlı kənd V. Musayev adina tam orta məktəb və Sarıvəlli kənd Ş. Nəsibova adına tam orta məktəblərində həyata keçirilib.
Hər məktəbdə 45-50 nəfər məktəblinin iştirakı ilə 1 dəfə olmaqla təlim keçirilib. Ümumilikdə 150 nəfər layihədən birbaşa faydalanıb. Nəticə olaraq tədbirdə iştirak etmiş insanlar Yol hərəkəti qaydaları haqqında məlumatlanıblar və onların bilik səviyyəsi artıb.