Şahmatçımız “Caspian Cup” beynəlxalq festivalının liderlər qrupunda mübarizəni davam etdirir » Hərbiand

Son Dəqiqə:

Şahmatçımız “Caspian Cup” beynəlxalq festivalının liderlər qrupunda mübarizəni davam etdirir

Fevralın 16-da Azərbaycan şahmatçıları İranın Rəşt şəhərində keçirilən 18-ci “Caspian Cup” festivalında dördüncü turun oyunlarında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, festivalın A (masters) turnirində mübarizə aparan şahmatçılarımızdan yalnız Vüqar Rəsulov maksimum xal toplayaraq liderlər qrupunda yer alıb. Digər şahmatçılarımız Misrəddin İsgəndərov və Azər Mirzəyev liderdən yarım xal geri qalırlar.

Fevralın 17-də beşinci turun oyunları keçiriləcək.

Doqquz turdan ibarət festival İsveçrə sistemi üzrə keçirilir.

Şərh Yaz