SIPRI: Azərbaycan silah idxalının 60 faizini İsrail, 31 faizini isə Rusiya silahları təşkil edir » Hərbiand

Son Dəqiqə:

SIPRI: Azərbaycan silah idxalının 60 faizini İsrail, 31 faizini isə Rusiya silahları təşkil edir

Dünyada silah ticarəti son beş ildə 5,5 faiz artıb.

 

HerbiAnd.az saytı Ordu.az-a istinadən bildirir ki,bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dünya silah ticarəti ilə bağlı yaydığı hesabatda qeyd olunub.

Hesabatda qeyd olunub ki, ABŞ dünyanın ən böyük silah ixracatçısı, Səudiyyə Ərəbistanı isə ən böyük silah idxalçısıdır.

Orta Şərq regionunda silah idxalı olduqca yüksək dərəcədə artıb (61% artım). Səudiyyə Ərəbistanında isə son 5 ildə silah idxalı 130% artıb.

Qeyd olunan müddət ərzində Rusiyanın silah ixracatı azalıb. Çin isə dünyanın 5-ci ən böyük silah ixracatçısıdır və dünyanın 53 dövlətinə silah satır.

Ermənistan son 5 ildə silah idxalının demək olarki bütün hissəsini Rusiya silahları təşkil edib. Azərbaycan silah idxalının 60 faizini İsrail, 31 faizini isə Rusiya silahları təşkil edib.

Şərh Yaz