İspaniya La Liqası dayandırıla bilər » Hərbiand

Son Dəqiqə:

İspaniya La Liqası dayandırıla bilər

Koronavirus infeksiyasının yayılması daha bir çempionatın dayandırılmasına səbəb ola bilər.

Herbiand.az saytı Apasport.az-a istinadən xəbər verir ki, İspaniya La Liqasında oyunların baş tutmama ehtimalı nəzərdən keçirilir.

İspaniya hökuməti həftəsonu keçiriləcək bütün oyunların ya təxirə salınmasını, ya da boş tribunalar önündə olmasını təklif edib. La Liqa rəhbərliyi hələlik təxirəsalmanın tərəfdarı olmasa da, vəziyyətin gedişinə uyğun olaraq bir qərar verəcək. Hətta bununla bağlı alternativ çalışmalar da aparılır.

Qeyd edək ki, İtaliyada bütün idman yarışları aprelin 3-dək dayandırılıb.

Şərh Yaz