Rusiyalı nazir: Neftin qiymətinin bərpası aylar çəkə bilər » Hərbiand

Son Dəqiqə:

Rusiyalı nazir: Neftin qiymətinin bərpası aylar çəkə bilər

Neftin qiymətinin əvvəlki səviyyəyə qayıtması aylar çəkə bilər.

HerbiAnd.az saytının AZƏRTAC-a istinadən bildirir ki,  bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

Neft bazarında sabitliyin təmin olunması üçün OPEC-lə işbirliyinin mümkünsüz olmadığını bildirən A.Novak qeyd edib: “Rusiya ilə OPEC arasında növbəti görüşün may və iyun aylarına təşkili planlaşdırılır”.

Qeyd edək ki, OPEC-ə üzv və Rusiya da daxil olmaqla bəzi qeyri-OPEC neft istehsalçısı ölkələrin Vyanadakı görüşündə hasilatın daha da azaldılması barədə qərarın qəbul edilməməsindən sonra ötən gün “Brent” markalı neftin bir barrelinin qiyməti 31 dollara düşmüşdü.

Şərh Yaz