Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçir » Hərbiand

Son Dəqiqə:

Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçir

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri martın 23-dən etibarən gücləndirilmiş iş rejimində 7/24 fəaliyyət göstərəcək.

HerbiAnd.az saytı AZƏRTAC-a istinadən bildirir ki,gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər. Xarici ticarət iştirakçılarına hökumət ödəniş portalının xidmətindən istifadə etməklə, 7/24 fəaliyyət göstərən müvəkkil banklar və “PAŞA Bank” pos-terminalları vasitəsilə ödənilməli olan vergi və rüsumların vaxtında dövlət büdcəsinə köçürülməsi tövsiyə olunur.

Şərh Yaz