“Avro-2021”: Azərbaycan millisi Polşa yığmasını qəbul edəcək » Hərbiand

Son Dəqiqə:

“Avro-2021”: Azərbaycan millisi Polşa yığmasını qəbul edəcək

Bu gün futbol üzrə “Avro-2021”in seçmə qrup mərhələsi çərçivəsində qadınlardan ibarət Azərbaycan və Polşa milli komandaları qarşılaşacaqlar.

HerbiAnd.az saytı AZƏRTAC-a istinadən bildirir ki, oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kristiana Mariana Trandafir olacaq. Ona həmyerliləri Petruta Klaudia İugulescu və Daniela Konstantinesku kömək edəcəklər. Dördüncü hakim funksiyasını İuliana Elena Demetresku yerinə yetirəcək.

Azərbaycan-Polşa oyunu saat 18:00-da “ASK Arena”da start götürəcək.

Şərh Yaz