Könüllülərlə bağlı tədbirlər təxirə salınıb » Hərbiand

Son Dəqiqə:

Könüllülərlə bağlı tədbirlər təxirə salınıb

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən paytaxtımızda və regionlarda, o cümlədən, Lənkəran Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında, Gəncə Dövlət Universitetində, Bakı Humanitar kollecində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Turizm və Menecment Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında könüllülərlə bağlı müxtəlif görüş və maarifləndirici tədbirlər keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 27-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün kütləvi tədbirlərin təxirə salınmasına dair müvafiq qərar qəbul olunmuşdur.

HerbiAnd.az saytı AZƏRTAC-a istinadən bildirir ki, bütün bunları nəzərə alaraq mərkəzin könüllülərlə bağlı bütün tədbirləri 2020-ci ilin aprel ayına qədər təxirə salınıb.

Şərh Yaz