Bir neçə hərbi yönümlü QHT-lər Türkiyə səfirliyində oldular » Hərbiand

Son Dəqiqə:

Bir neçə hərbi yönümlü QHT-lər Türkiyə səfirliyində oldular

11 mart 2020-ci il tarixində hərbi yönümlü  QHT nümayəndələri, Qarabağ müharibəsi qaziləri Suriyanın İdlib bölgəsində baş vermiş hadisələrdə qardaş ölkənin şəhid hərbçilərinə görə Türkiyə dövlətinə  mənəvi dəstək vermək məqsədi ilə Türkiyə səfirliyində oldular. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral tədbir iştirakçılarını salamlayaraq onlara mənəvi dəstəklərinə görə təşəkkür etdi. Tədbirdə bir neçə QHT  rəhbərləri, o cümlədən Azərbaycan  Respublikası Prezidenti Yanında QHT-lərə  Dövlət Dəstəyi Şurasının üzvü və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək ehtiyatda olan zabitlərin adından İdlib bölgəsində şəhid olmuş türk hərbçilərinə görə başsağlığı verdi və Azərbaycanın qardaş Türkiyənin daima yanında olduğunu vurğuladı, bundan əlavə Azərbaycan və Türkiyə dostluğunun tarixi köklərindən danışdı. Tədbirdə, həmçinin Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, istefada olan general-leytenant Yaşar Aydəmirov, Füzuli Rzaquluyev, Asəf Əliyev, Rey Kərimoğlu, polkovnik Elman Hüseynov  və  Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vahid Quluyev çıxış etdi. General-leytenant  Y. Aydəmirov Türkiyə ordusunun şanlı tarixindən, türk sərkərdələrinin igidliyindən danışdı. Bundan əlavə o, vurğuladı ki, hal-hazırda Hərbi Akademiyada local müharibələr haqqında akademiyada təhsil alan zabitlərə dərs keçir. Yaxın Şərq regionun münaqişələri haqqında zabitlərə lazimi məlumatlar verirlir.  Tədbirdə iştirak edən F. Rzaquluyev  Qarabağ müharibəsi zamanı türk ordusunun Azərbaycana köməyindən danışdı. Nitq söyləyənlərdən  R. Kərimoğlu 1918-ci ildə Türk ordusunun sərkərdəsi Nuru paşanın yeni yaranan Azərbaycan Cümhuriyyətinə böyük köməyindən söhbət açdı. Polkovnik  E. Hüseynov öz xidməti dövründə Azərbaycan təyyarəsində olarkən  Türkiyənin İncirlik bazasına enməsindən, Türk ordusundan hərbi yardım almasından maraqlı söhbətlər etdi. Tədbir iştirakçısı olan bir neçə Qarabağ müharibəsi qaziləri də Türkiyə şəhidləri üçün başsağlığı verdilər,. Eyni zamanda bildirdilər ki, bu qardaş ölkələr lazım olan anda bir-birinə dəstək və dayaqdırlar.

Tədbirin sonunda xatirə şəkli çəkildi.

 

Şərh Yaz